Yuxarı

Paşayevanın özbək dilində kitabı təqdim edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayevanın özbək dilində kitabı təqdim edildi - Foto

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitab dünyası” (“Kitob dunyasi”) qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib.

Kult.az xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Öncə Azərbaycan nümayəndə heyəti ilə Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid görüşüb, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib.

Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb.
Daha sonra Yazıçılar İttifaqının böyük zalında Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.

Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanın yaradıcılığı haqqında söhbət açıb. Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur.

Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. Millət vəkili Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu deyib və bu işdə tərcüməçi Camal Kamalın işini yüksək qiymətləndirib.

Özbəkistanın xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dlinə çevirdiyini diqqətə çatdırıb.
Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.

Daha sonra tədbirdə özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmş mahnılar ifa ediblər.

Tarix
2019.10.02 / 00:04
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla