Yuxarı

Əbülfəs Qarayev Nina ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev Nina ilə görüşdü - Foto

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumuna iştirak edən nazir Əbülfəs Qarayev Xorvatiyanın Mədəniyyət naziri Nina Obuljen Korzinek ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və onun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, əlaqələrin inkişafı üçün iki ölkə arasında lazımi hüquqi sənəd bazası mövcuddur və bu sənəd əlaqələrin yüksək səviyyədə inkişafına imkan verir.

Nazir Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq Proqramı”ndan danışıb və bu proqrama uyğun olaraq iki ölkə arasında 2020 və 2021-ci illərdə həyata keçiriləcək birgə layihələrə toxunub.

Xorvatiyanın Riyeka şəhərinin Avropanın Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində 2020-ci ilin aprel ayında keçiriləcək silsilə tədbirlərdə Azərbaycanın fəal iştirak edəcəyi diqqətə çatdırılıb.

Tarix
2019.11.18 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla