Yuxarı

Əfsanəvi yazıçı Servantesin qəbri tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Don Kixot" müəllifinin qəbrinin bir neçə illik axtarışı bəhrə verməkdədir: ispan arxeoloqlar yazıçının təxmini dəfn yerini tapa biliblər.

Axar.az xəbər verir ki, təxminən 400 ildir ki, Servantesin qəbri itmiş hesab olunurdu. Ehtimal edilirdi ki, o, 1616-cı ildə Madriddə Müqəddəs Üçlük Ordeni monastrında dəfn olunub. Bu müddət ərzində monastrın binası bir neçə dəfə təmir edilib, fransiskan rahiblər (XIII əsrdə təsis olunmuş fransiskan katolik təriqəti rahibi – red.) isə məbədin ərazisində yüzlərlə yoxsul ispaniyalını dəfn edib. Məlumdur ki, Servantes də elə ömrünün sonunu səfalət içərisində keçirib.

Qorunub saxlanılmış arxiv məlumatları sayəsində məlum olub ki, yazıçını 1616-ci ilin bir şənbə səhəri kilsədə dəfn ediblər. Həm də Servantes ölümündən əvvəl rahibliyi qəbul etdiyindən ordenin bütün qaydalarına riayət olunmaqla dəfn olunub. Məhz elə bu fakt yazıçının təxmini dəfn yerini ehtimal etməyə əsas verib. Belə ki, geomaqnit radarın köməyi ilə "M.S." inisiallı bir qəbir tapılıb. İndi bircə qalır meyitin identifikasiyası.

Bu günlərdə qəbir açılacaq və məhkəmə tibbi ekspertləri yazıçının həyatının məlum faktları ilə meyiti müqayisə edəcəklər. Məlumdur ki, Servantes 1571-ci ildə Lepanto yaxınlığındakı döyüşdə üç güllə yarası alıb: ikisi döş qəfəsindən, biri isə bazu önündən (dirsəklə pəncə arasındakı hissə - red.). Sonuncu yara o qədər ciddi idi ki, yazıçının sol əli iflic olmuşdu. Tədqiqatçıların fikrincə, bütün bunlar sümüklərdə iz qoymalıdır. Alimlər həmçinin kəllə sümüyünə əsasən Servantesin "üzünü" bərpa etməyi planlaşdırırlar.

Tarix
2015.02.06 / 01:21
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla