Yuxarı

“Keyxanım” səhnəyə qayıtdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Keyxanım” səhnəyə qayıtdı

Böyük tamaşaçı auditoriyasının "Keyxanım" kimi tanıdığı aktrisa Ülviyyə Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrına yenidən qayıdandan sonra ilk dəfə baş rolda çıxış edəcək.

Axar.az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət F.Sücəddinov və T.Vəliyevanın fevralın 22-si saat 19:00-da nümayiş olunacaq "Mən dəyərəm min cavana" tamaşasındakı Güldəstə obrazından gedir.

"Bildiyiniz kimi, uzun müddət teatrdan aralı düşmüşdüm. Hiss edəndə ki, səhnəsiz yaşaya bilmirəm Musiqili Teatrın direktoru Əliqismət Lalayevə teatra qayıtmağımla bağlı müraciət etdim. Sağ olsun ki, xahişimi qəbul etdi. Mənə qədər "Mən dəyərəm min cavana" tamaşasında Güldəstə obrazını Azərbaycan Respublikasının xalq artisti Afaq xanım Bəşirqızı canlandırıb. Afaq xanım mənim müəlliməm olub. Sənətin incəliklərini ondan öyrənmişəm. Həmişə bu obrazı onun ifasında heyranlıqla izləmişdim. Əliqismət müəllim bu rolu mənə təklif edəndə əvvəl çox tərəddüd etdim. Düşündüm ki, Afaq xanımdan sonra bu obrazın öhdəsindən gələ bilərəmmi? Onun oynadığı rolu oynamaq ikiqat məsuliyyətdir. Amma Afaq xanımın xeyir-duasından sonra özümə inamım yarandı. Hələ də həyacanlıyam. Elə bilirəm ki, ayın 22-i ilk dəfə səhnəyə çıxacağam. Hər şeyə rəğmən çalışacağam ki, həm Afaq xanımın, həm də Əliqismət müəllimin etimadını doğruldam. Bu tamaşada tərəf-müqabilim daha bir xalq artisti İlham Namiq Kamaldır. Məni sevən hər kəsi tamaşaya baxmağa dəvət edirəm", - deyə aktrisa Ülviyyə Əliyeva bildirib.

Tarix
2015.02.21 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Almaniya İrana bağlı şəbəkəyə niyə “qucaq açır?”

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla