Yuxarı

“Qaya”dan Nərgiz Paşayevaya sürpriz – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qaya”dan Nərgiz Paşayevaya sürpriz – Video

Dünən axşam ÜNS yaradıcılıq teatrında canlanma vardı. "Qaya" vokal ansamblı solo konsert keçirirdi. Bütün "Qaya" sevərlər də oradaydı. Ürəklərdəki "Qaya" sevgisini divarlardakı şəkillər tamamlayırdı. İnsana nostalji ab-havası təlqin edən şəkillər köhnə "Qaya" ilə müasir "Qaya" arasında körpüyə bənzəyirdi. Bundan sonra xatirələri canlandıran şəkillərdən ibarət həmin "körpü"də "Qaya" vokal ansamblının sağ qalan solisti, hazırkı "Qaya" vokal ansamblının rəhbəri Rauf Babayevin "Qaya" adlı həyat" kitabı da olacaq...

Publika.az xəbər verir ki, ÜNS yaradıcılıq Mərkəzində gerçəkləşən və möhtəşəmliyi ilə seçilən konsertin təşkilatçısı professor, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva konserti açıq elan etdi. Açılış nitqində "Qaya" ansamblı haqqında danışan təşkilatçı Rauf Babayevə ürək sözlərini də söylədi:

"Ötən əsrdə yazdığınız mahnıları sanki XXI əsr üçün bəstələyib, yazmısınız. Rauf müəllim, biz sizə yaratdıqlarınıza görə sonsuz təşəkkürümüzü bildiririk. Amma xahiş edirəm, siz bizə heç nəyə görə təşəkkür etməyin".

Ansamblının rəhbəri Rauf Babayev isə səhnəyə çıxaraq ürək sözlərinə zarafatla başladı:

"Tıxaclara baxmayaraq bura gələ bildiyiniz üçün hər kəsə təşəkkür edirəm. 2 aydır biz burada məşq edirik. Bu zalın bütün işçilərinə təşəkkür edirəm. Nərgiz xanım, məndən təşəkkür etməməyi xahiş etdiniz. Amma Siz və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım olmasaydı, "Qaya" haqqında yazdığım kitab dərc olunmayacaqdı və bugünkü təqdimat da baş tutmayacaqdı. Kitab rus dilində çap olunub. İstədik ki, kitabın yayılması Azərbaycanla məhdudlaşmasın. Mən Düma deyiləm. Bu kitabda ürəyimdən keçənləri yazmışam. Onu oxuyarkən görsəniz ki, xoşunuza gəlir, demək ki, bizim işimiz boşuna getməyib. Ən əsas isə, kitab Nərgiz xanımın xoşuna gəlib".

R.Babayevin çıxışından sonra müasir "Qaya" vokal ansamblı səhnəyə çıxaraq əfsanəvi qrupun dillər əzbəri olan mahnılarını ifa etdi.

Konsertin ən yaddaqalan ifalarından biri qrupun solisti Şölə Səfərəliyevanın oldu. O, Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i solo ifa etdi. Müğənninin ifası alqışlarla qarşındı.

"Qaya" vokal ansamblı konsertin təşkilatçısı Nərgiz Paşayeva üçün də sürpriz hazırlamışdı. Onun şərəfinə mahnı ifa edən solistlər bu ifa üçün səhnədən endi və xanım Paşayevanın önündə mahnını ifa etdilər.

Konsert artıq əfsanəyə çevrilən "Ey həyat, sən nə qəribəsən" mahnısı ilə yekunlaşdı.

Konsertin sonunda Rauf Babayev yenidən səhnəyə çıxaraq heç kəsin bilmədiyi bir tarixçəni danışdı:

"İllər əvvəl Nəgiz xanım balaca qız idi. O, "Qaya"da ifa etmək üçün mənə yaxınlaşmışdı. İndi isə o, "Qaya" üçün əvəzolunmaz işlər görür. Bir daha Sizə təşəkkür edirəm, Nərgiz xanım".

Konsertdən sonra Rauf Babayevin müəllifi olduğu "Жизнь по имени "ГАЯ" adlı kitabın təqdimatı keçirildi. Konsertə gələn hər kəsə kitab hədiyyə edildi.

Tarix
2015.03.19 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla