Yuxarı

Oğlu dənizdə batan mərhum Şaiq Vəli...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlu dənizdə batan mərhum Şaiq Vəli...

Kult.az iyulun 30-da oğlu dənizdə batan mərhum şair Şaiq Vəlinin sevilən şeirlərindən bir neçəsini təqdim edir:

Çağırılmış bayatı

Sus, barı danışma olub-keçəni,
Dəli duyğuları oyatma bir də…
Gecələr sürünən kölgələr kimi,
Bəzən qorxunc olur xatirələr də.

Sən niyə gəlmisən,
Fikrin, qəsdin nə?
Görmüşəm vəfanı, mən ilqarını…
Sıxıb gözlərini tökmə üstümə
Ötəri hisslərin acılarını.

Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb illərin əli,
Sənin saçlarında…
Ah, bu dəhşətdir!

Sevgi məktubu tək çöhrən sap-sarı,
Qəlbində yad eşqin harayı, ünü…
Hanı gözlərinin gur dalğaları?
Çəkilib,
az qala dibi görünür.

Səni bağışlayım…
Sevimmi səni?
Ürəkdə yaşamaq istərəm düzü.
Qəlbinə salma yox,
Yandırar məni,
Ögey duyğuların istisi közü.

Köksümdə qaralıb sönən ocağı,
Ha yellə, yelpiklə, alışan deyil.
Bizim aramızdan ümmanlar axır,
Bizim ulduzlar ki, barışan deyil.

Ömrün payızında gəlmisən nəsə…
Qayıt, bu nə sevgi, umu-küsüdür?
Gedişin bir eşqin sükutuydusa,
Gəlişin bir ömrün faciəsidir.

Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb həsrətin əli,
Sənin saçlarında… ah, bu dəhşətdir.

Meyxanəçi

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, mexanəçi!

Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, mexanəçi!

Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, mexanəçi!

Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, mexanəçi!

Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, mexanəçi!

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? –
Puç, puç, mexanəçi!

Var

Hər zülmət gecənin başında
Bir ağ üzlü sabah var, var.
Hər almaz üzük qaşında
Bir damla zəhər var, ah var!..

Bu dünyayla aran sərin,
Şam işığı göz yaşı pərvanələrin…
Səni ağladan dilbərin
Kirpiklərində şeh var, var!

O qapı var, axı, sən döyən döy,
Açılan deyil, ha döyəclə… yeyin döy.
Tərəzinin sən tərəfi əyən döy,
Hər sevdada bir zərər var, var.

Sanma insan quşdu,
Fələk daş atdı – uçdu.
Ölüm də bir doğuluşdu –
Əbədi bir dərgah var, var!

Qismətin yer üzündə əvvəl yaranıb,
Göz yaşın gözündən əvvəl yaranıb,
Başdaşın özündən əvvəl yaranıb,
Alın yazısı var, tale var, var!..

Olacaqlar... Olacaqlar

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

Qeyd. Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib.

1990-1993-cü illərdə Qarabağda döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəli 6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib.

Tarix
2020.08.01 / 14:50
Müəllif
Kult.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla