Yuxarı

Müşfiq Abbasov şəhid oldu, adaşı danışdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müşfiq Abbasov şəhid oldu, adaşı danışdı - Foto

Türkiyə mediası iki oğlu ilə könüllü olaraq döyüşlərə qatılan və şəhidlik zirvəsinə ucalan, Birinci Qarabağ savaşında da iştirak etmiş Müşfiq Abbasovla bağlı xəbər paylaşıb.

Tanınmış döyüşçü və vətənpərvər, ağdamlı Müşfiq Abbasov həm də komediya ssenaristi kimi təqdim edilib və beləliklə, türkiyəli həmkarlarımız “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasovla qazi Müşfiq Abbasovun eyni şəxs olduğunu düşünüblər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ssenarist Müşfiq Abbasov bildirib ki, şəhidlik məqamına yüksəlmək onun üçün də fəxr olardı və sözügedən yanlışlıq heç bir narahatlığa səbəb olmayıb:

“Qazi Müşfiq Abbasov haqda əvvəldən də məlumatlıydım, onun şəhid olduğunu da oxudum. Allah ona rəhmət eləsin. Hamımız öləcəyik – bir gün tez, bir gün gec. Ancaq hər kişinin işi deyil dünyadan şəhid kimi getsin. Allah mənə də şəhid olmağı qismət eləsin. Ola bilər ki, Türkiyə mətbuatı şəhidin ad-soyadını internetdə axtarışa verən zaman mənim haqqımda məlumat tapıb. Mənim də iki oğlum var. Yəni şəhid qardaşım-adaşımla oxşarlıqlarımız çoxdur. Sadəcə, o artıq məndən üstün elə bir məqama qalxıb ki, özümü ona bənzədə bilmərəm.

Mən də ehtiyatda olan zabitəm və hərbi komissarlıqdan çağırış gözləyirəm”.

Qeyd edək ki, tanınmış döyüçşçü Müşfiq Abbasovun oğlanları hazırda könüllü olaraq torpaqlarımızın azad edilməsi əməliyyatlarında iştirak edirlər.

Tarix
2020.10.08 / 13:23
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla