Yuxarı

İbrahimbəyov: Əliyev heyrət doğurun şəkildə... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada olduqca populyar olan, Azərbaycana rəğbətiylə seçilən, daima obyektivliyini qoruyan telejurnalist Maksim Şevçenko məşhur azərbaycanlı kinossenarist Rüstəm İbrahimbəyovla müsahibə edib və onu Yutub kanalında yayıb.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, indiyə qədər çox zaman Qarabağ ətrafında siyasi ehtirasların qızışdığı, hərbi eskalasiyaların şiddətləndiyi vaxtlarda öz təmkinini qoruyan, tərəflər arasında gedən mübahisələrə o qədər də qarışmayan yazıçı bu dəfə ortaya birmənalı mövqe qoyub.

O, silahlı ermənilərin Azərbaycan ərazisinə soxulmasını hərbi cinayət adlandırıb, bütün Qarabağın Azərbaycanın əzəli torpağı, ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Bundan başqa, o, 2013-cü ildə rəqib olmaq istədiyi Azərbaycan Prezidentinin ünvanına da tərifli sözlər deyib, bildirib kİ, İlham Əliyev heyrətdoğurucu bir şəkildə ölkəsinin mövqeyini dəqiq ifadə və müdafiə edir.

Qeyd edək ki, Rusiyada və başqa ölkələrdə yaşayan məşhur azərbaycanlıların bu sayaq qəti, aydın və vətənpərvər mövqedə olması çox önəmlidir və xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Rüstəm İbrahimbəyovun da öz səsini ucaltması onu tanıyan, sevən auditoriyalarda bizim haqlı olduğumuza dair müsbət təəssüratlar yarada bilər.

Aşağıdakı videoda - rusca olsa da - böyük ədibimizin müsahibəsinə baxa bilərsiniz.

Tarix
2020.10.17 / 22:39
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla