Yuxarı

Azərbaycanla Hindistan birgə film çəkir - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanla Hindistan arasında gerçəkləşəcək ilk kinolayihənin mətbuat konfransı baş tutub.

Axar.az xəbər verir ki, mətbuat nümayəndələrinin, yerli və xarici aktyor heyətinin, filmin rejissoru və şirkət rəhbərlərinin iştirakı ilə keçirilən konfransı "MR – Pictures Pro" şirkətinin rəhbəri Rauf Mehdiyev öz nitqi ilə açıq elan edib.

O, Hindistanla Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən, filmin dünya kinemotoqrafiyasındakı gələcək perspektivlərindən danışdıqdan sonra sözü filmin rejissoru cənab Priyadarşana verdi. Bollivudun məşhur rejissoru, 89 filmə imza atan cənab Priyadarşan nitqinə Hindistanın Baş Nazirindən sitat gətirtməklə başlayıb:

"İki dövlət arasında mövcud olan qardaşlıq və dostluq münasibətləri gec ya da tez mütləq mədəniyyət sahəsində də özünü göstərir".

Rejissor həmçinin, Azərbaycan-Hindistan münasibətlərinin qədim köklərə söykəndiyini, bu münasibətlərin gələcək inkişaf perspektivlərini, xalqlar arasında mövcud olan oxşarlıqları nəzərə çatdırıb. Rejissor böyük bir əminliklə qeyd edib ki, Azərbaycanla Hindistanın birgə layihəsi olan bu film dünya kinemotoqrafiyasında özünəməxsus yer tutacaq:

"32 illik karyeramda 89 film çəkmişəm, lakin bu film onların hamısından möhtəşəm olacaq. Mənim filmlərimi təkcə Hindistanda və Yaxın Şərqdə deyil, həm də Avropa və ABŞ-da da sevirlər. Əminliklə deyə bilərəm ki, bu triller bütün dünya izləyicilərinin marağına səbəb olacaq".

Rejissordan sonra Azərbaycanın Xalq artisti Amaliya Pənahova çıxış edib. Amaliya xanım ilk öncə bu günün Laçının işğal günü olduğunu qeyd edərək, şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

"2013-cü ildən fəaliyyətə başlayan "Amal Production" şirkəti il yarımdan çoxdur ki, bulayihə üzərində düşünür və danışıqlar aparır. Biz hamımız Hindistan filmləri ilə böyümüşük, buna görə də Hindistan mədəniyyətinə xüsusi doğmalıqla yanaşırıq. Şəksiz ki, bu film Azərbaycan və Hindistan kinoinstrusiyasında böyük rol oynayacaq", - Amaliya Pənahova deyib.

Daha sonra Xalq artisti Həmidə Ömərova söz alıb:

"Mən 22 il "Retro" verilişinin aparıcısı olmuşam. Bu 22 ildə mən müxtəlif əcnəbi filmlərə rəy vermişəm və minlərlə oxucu məktubu almışam. Sizi inandırıram ki, aldığım məktubların əksəriyyəti bizdən hind filmləri tələb edirdi və onları necə səbirsizliklə gözlədiyini vurğulayırdı".

Daha sonra söz alan aktyorlar Rasim Balayev, Füzuli Hüseynov və digərləri film haqqında öz düşüncələrini bölüşüblər.

Xatırladaq ki, bu, Azərbaycanla Hindistan arasında baş tutacaq ilk kinolayihədir. Film triller janrındadır və Azərbaycanla Hindistanın görkəmli aktyorlarının iştirakı ilə çəkiləcək. Filmdə o cümlədən, xalq artistləri Amaliya Pənahova, Rasim Balayev, Həmidə Ömərova, əməkdar artist Füzuli Hüseynov, Hindistanın tanınmış aktyoru Mohanlal Vişvanatan Nair rol alacaq.

Filmin çəkilməsi üçün Hindistanın "Full House" kino şirkəti, Azərbaycanın "Mr – Pictures Pro" və "Amal Film Production" arasında razılıq əldə olunub.

Tarix
2015.05.18 / 15:05
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla