Yuxarı

Bakıdakı Nizami heykəlinin yaradılmasının tarixçəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı Nizami heykəlinin yaradılmasının tarixçəsi

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.

Kult.az xəbər verir ki, Trend Bakıdakı Nizami Gəncəvi heykəlinin yaradılmasının tarixçəsi barədə məlumat paylaşıb.

Bildirilir ki, Nizami Gəncəvinin heykəlinin 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı.

1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün respublika müsabiqəsi təşkil olunub. 1940-cı ildə Qəzənfər Xalıqovun yaratdığı obraz həqiqi obraza daha yaxın hesab edilib və müsabiqənin ikinci turunda qalib gəlib.

Bundan sonra Nizami Gəncəvinin Bakı şəhərinin mərkəzində şairin adı verilmiş Azərbaycan ədəbiyyatı muzeyinin qarşısında heykəlinin ucaldılması üçün ümumittifaq müsabiqəsi təşkil edildi. Müsabiqənin yekununda qalib elan olunmasa da, Yubiley Komitəsi heykəlin yaradılmasını gənc heykəltəraş Fuad Əbdürrəhmanova və gənc memarlar Sadıq Dadaşovla Mikayıl Useynova tapşırıldı. Onların təqdim etdiyi Nizaminin heykəli və eyniadlı park layihəsi Moskvada İncəsənət Müəssisələri Baş İdarəsinin Bədii-Texniki Şurası tərəfindən təsdiqləndi. Amma müharibənin başlaması ilə əlaqədar tədbirlər təxirə salındı. Qeyd edək ki, Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı təntənəli iclas 1941-ci il oktyabrın 19-da, Leninqradın blokadasının 42-ci günündə keçirildi. Azərbaycanda isə yubiley müharibədən sonra, 1947-ci ildə baş tutdu.

F.Əbdürrəhmanov, S.Dadaşov, M.Useynov üçlüyünün işi çox uğurlu alındı. Bakıdakı açılış mərasiminə qədər onlar şairin vətəni Gəncədə Nizami Gəncəvi heykəli və parkını inşa etmişdilər. Bu işə görə F.Əbdürrəhmanov Stalin mükafatına layiq görülmüşdü.

Nəhayət, 1949-cu ildə Bakıda Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı baş tutdu. Mərasimdə respublika Nazirlər Sovetinin sədr müavini Mirzə İbrahimov, Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, şair Səməd Vurğun və digərləri iştirak etdi.

Bürünc heykəlin uzunluğu 6 metr, çəkisi yeddi tondur. Heykəlin yer aldığı kürsü 9 metr hündürlüyündədir. Heykəlin üzərində Nizaminin "Xəmsə"sinin qəhrəmanlarının təsvir olunduğu 7 barelyef yer alıb.

Tarix
2021.01.25 / 09:28
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla