Yuxarı

"444-cü düşərgə" çəkilir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media İnkişaf Mərkəzi İctimai Birliyi "444-cü düşərgə" sənədli filminin çəkilişi adlı layihənin icrasına başlayıb.

Axar.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi icra olunur.

Qeyd edək ki, "444-cü düşərgə" filmi 1945-ci ilin sentyabrından 1951-ci ilin əvvəllərinədək Mingəçevir şəhərinin və su bəndinin tikintisində iştirak etmiş alman əsirlərinin taleyindən bəhs edir. Filmdə əsir alman zabiti Villi Deşin sonralar yazdığı gündəlikdən istifadə edilib. Villi Deş ilk əsirlik günündən, azad olunub Almaniyaya yola salınacan gündəlik yazıb. Həmin gündəlikdə o, müxtəlif peyzajlar çəkib, adı bizlərə məlum olmayan azərbaycanlıların portretlərini kağız üzərinə köçürüb. Deşin gündəliyində Mingəçevirin hələ tikilməmişdən öncəki fotosu, Kürün üzərindəki körpünün və digər obyektlərin dəqiq çertyojları təsvir edilib. Yerli əhali haqda olduqca müsbət fikirdə olan Villi Deş müstəqillik dönəmində Azərbaycana gəlib, Mingəçevirdə olub. Almanların dəfn olunduğu qəbiristanlığın necə abad və səliqəli olduğundan təsirlənib. Yeri gəlmişkən, həmin gündəlik Media İnkişaf Mərkəzinin vəsaiti hesabına tərcümə edilib.

Layihə 2015-ci il iyunun 1-dən avqustun 31-dək icra olunacaq. Sonda filmin təqdimatı keçiriləcək.

Tarix
2015.06.04 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla