Yuxarı

8 saat ermənilərlə döyüşən komandir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 saat ermənilərlə döyüşən komandir...

Bu gün “Azərbaycan Bayrağı” ordenli şəhidimiz Elşad Ağayevin doğum günüdür.

Kult.az Moderator.az-a istinadla xəbər verir ki, Elşad Ağayev 1967-ci il aprel 18-də Masallı rayonunda ziyalı ailəsində anadan olub. Elşad Ağayev uşaq vaxtlarında idmana böyük həvəsi göstərib.

Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb.

Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.

1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma təqdim edib.

Tarix
2021.04.18 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla