Yuxarı

Gəncədə “Nizaminin evi” bərpa olunur - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin qədim Bala Bağman adlanan ərazisində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, əhali arasında “Nizaminin evi” kimi tanınan tikili yenidən bərpa olunacaq.

Kult.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü, “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov deyib.

O bildirib ki, yaxın günlərdə başlayacaq təmir-bərpa işləri ilə bağlı artıq Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması və Bərpası Agentliyi ilə birgə sıx əməkdaşlıq çərçivəsində layihənin ilkin variantı hazırlanır.

“İki aydan artıqdır ki, layihənin hazırlanması işlərinə start vermişik. Böyük ehtimalla, yaxın 1 ay ərzində təmir-bərpa işlərinə başlayacağıq. Nəzərdə tutulub ki, ilin sonlarına qədər təmir-bərpa işlərini yekunlaşdıraq”, - deyə Müzadil Həsənov qeyd edib.

“Nizami” bədii filminin bir çox kadrları bu evdə lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusu alsa da, sonradan baxımsızlıqdan yararsız hala düşüb. Təmir-bərpa işləri zamanı tikilinin tarixiliyini qorumaq üçün Gəncənin qədim tikinti üslubundan da istifadə ediləcək.

“Nizaminin evinin tarixiliyini və klassik memarlıq üslubunu qorumaq üçün restavrasiya işləri zamanı Gəncənin keçmiş memarlıq üslubuna xas olan çay daşları və köhnə Gəncə kərpiclərinin sintezindən istifadə ediləcək. Evin xarici görkəminin və həyətinin yenidən qurulması zamanı da qədim memarlıq üslubları nəzərə alınacaq”, - deyə “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti vurğulayıb.

İki otaqdan ibarət evin pəncərələrində Nizaminin əsərlərindən miniatürlərin əks olunması nəzərdə tutulub. Həyətdə yerləşən mənşəl və at tövləsi yenidən bərpa olunacaq. Əlavə dekorativ elementlər artırılaraq həyətdə milli mədəniyyətimizin əks etdirilməsi üçün sənətkarlıq guşələri yaradılacaq. Həmçinin həyətdə qədim Gəncə məhəllələrinə məxsus tağlı üzüm çardaqlar da quraşdırılacaq.

Tikilinin gələcəkdə həm mədəni tədbirlərin keçiriləcəyi etnoqrafik məkanlarından biri kimi, həm də şəhərin qonaqları və turistlərin diqqət mərkəzində olacağı bir məkan kimi istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Nizaminin evi”nin təmir-bərpa işləri “Nizami Gəncəvi İli”nə növbəti töhfə olacaq.

Tarix
2021.05.14 / 22:08
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

COP29 Sədrliyi bəyanat yaydı

Bayramov Berbokla görüşdü: Qarayaxma kampaniyası...

Prezident bu nazirə ali xüsusi rütbə verdi

Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla