Yuxarı

Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib.

Kult.az onların siyahısını təqdim edir:

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də 76 yaşında koronavirusdan dünyasını dəyişib. O, qaraciyər serrozundan əziyyət çəkirdi. Xalq artistinin müalicə aldığı xəstəxanada koronavirusa yoluxması digər xəstəliklərini daha da şiddətləndirmişdi.

Əməkdar artist Baloğlan Əşrəfov aprelin 7-də koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Xalq artisti Arif Quliyev (70 yaş) may ayının 7-də koronavirusdan dünyasını dəyişib. O, müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin 90 faizi buzlaşmışdı.

Xalq artisti Səməd Səmədov iyulun 24-də 74 yaşında koronavirusdan vəfat edib. Müğənni ağır vəziyyətdə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Əməkdar artist Yaqub Zurufçu (65 yaş) 14 sentyabrda koronavirusdan müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Tarix
2021.09.16 / 21:55
Müəllif
Türkan Camal
Digər xəbərlər

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla