Axar.az
Yuxarı

Saxtalaşdırılmış yurd adlarımız bir kitabda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Həqiqətin onomastikası” kitabına əlavə və dəyişikliklərin edilməsi və müxtəlif dillərə tərcümə edilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Kult.az xəbər verir ki, dəyirmi masada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla “Həqiqətin onomastikası” kitabının Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dillər Universiteti tərəfindən birlikdə çapa hazırlanaraq nəşr edildiyini bildirib.

“Kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə bir daha təşəkkür edirəm. Bu kitab Azərbaycanın taleyüklü ideoloji məsələlərindən birini əhatə edir. Cənab Prezidentimiz həmişə deyir ki, bizim Vətənimizin sərhədləri Azərbaycan adları ilə bağlıdır və o sərhədlər bu gün Ermənistan respublikasının qurulduğu məkanda öz yaşamını davam etdirir. Amma hansı ad altında davam etdirir? Bunu biz müəyyənləşdiririk, bu cür kitablar vasitəsi ilə üzə çıxarır, ictimaiyyətə təqdim edirik. Ermənistanda saxtalaşdırılmış yer adlarının bu şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edilməsi son dərəcə mühüm hadisədir. Kitab təkcə Azərbaycan dilində deyil, digər dillərdə də dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Azərbaycan Dillər Universiteti tərəfindən bu işə başlanılıb. Kitab rus, ingilis və fransız dillərinə tərcümə olunur. Qeyd etmək istəyirəm ki, Nazirlər Kabineti bununla maraqlanır, bu işdə bizə yardımçı olacaqlar. İnanırıq ki, dəstək olarsa, gələcəkdə bu kitabın tərcümə olunduğu dillərin sayını artıra biləcəyik. Azərbaycan Dillər Universitetində 20-dən çox dil tədris olunur. Kitabı gələcəkdə Koreya, yapon, İndoneziya, alman və başqa dillərə tərcümə etməyi nəzərdə tutmuşuq”.

Qeyd edilib ki, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Ermənistan ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yeni nəşrində saxtalaşdırılmış bu cür adların sayı artırılacaq, yeni xəritələr yer alacaq.

Qeyd edək ki, nəşrin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin deputatları Musa Qasımlı, Əziz Ələkbərli, Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix elmləri doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.

Tarix
2021.09.22 / 13:53
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Türk səfir Suqovuşanda: Dağlar da qardaşdır... - Foto

Plagiat, pulla yazılan elmi işlər – Alim açıqladı

Şeyx Əbdül Putinə teleqram göndərdi

90 yaşlı aktyor kosmosa uçdu

Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video

Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül

“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı

Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı

Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı

Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla