
Tverdə azərbaycanlılar saxlanıldı - Video
11:03
Ana səhifə Kult |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb.
"Azərbaycanfilm" kinostudiyasından Axar.az-a verilən məlumata görə, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Şamil Süleymanov, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.
Tarix
2015.08.08 / 01:47
|
Müəllif
Nilufər Muğantürk
|