Türkiyəli məşhur aktyor Ərkan Petekkaya qatıldığı proqramda sağlamlığı ilə bağlı açıqlamalar verib.
Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, keçmişdə səhvlərinin olduğunu deyən 51 yaşlı aktyor 4-5 il öncə Hindistana getdiyini bildirib:
“21 gün orada qaldım. Xolestrol, şəkər, təzyiq... Hamısını normaya saldılar”.
Petekkaya alkoqol problemi üçün isə Rusiyada müalicə aldığını açıqlayıb:
"Orada həkim 1 iynə vurdu. “Alkoqolla beynin əlaqəsini kəsəcəyəm. Bu iynədən sonra 24 saat yatacaqsan, bir daha içki istəməyəcəksən”, - dedi. Mən də razılaşdım. İynədən sonra 24 saat yatdım və oyandığım zaman içki istəmədim. 6 ay belə davam etdim. Amma sonra hər şey dəyişdi. Əvvəllər daha çox içərdim... İndi 3 qurtum içsəm belə heç nə xatırlamıram. İçimdən sanki şeytan çıxır, istəmədiyim şeylər deyirəm. Rusiyadakı o iynə ilə beynimi pozdular”.