Yuxarı

“Xarı bülbül” adının mənası

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarı bülbül gülü əvvəllər Şuşanın simvolu idi. 44 günlük Vətən müharibəsi zamanı o bütün Qarabağın, daha sonra isə şanlı qələbəmizin və şəhidlərimizin ruhunun simvoluna çevrildi.

Ancaq ölkəmiz və xalqımız üçün bu qədər mühum olan bu simvolun elmi etimologiyası indiyədək yazılmayıb. Hətta rəsmi məlumatlarda belə bu adın xalq etimologiyalarından istifadə edilir. Əfsanə səciyyəli xalq etimologiyalarında isə bu addakı “xarı” sözü gah “xar” (tikan), gah da “xar etmək” sözləri ilə eyniləşdirilir və bu mənalara uyğun da əfsanələr uydurulur. Məsələn, belə əfsanələrdən birində deyilir ki, bir gün bülbül öz sevgilisi gülün yanına getmək istəyib. Buna paxıllığı tutan külək əsməyə başlayır ki, gülü əyib, bülbülün qarşısında xar etsin (alçaltsın). Bu zaman bülbül özünü yetirir və sinəsini əyilməkdə olan gülün köksünə söykəyir. Ancaq külək daha da güclənir və gülün xarı (tikanı) bülbülün döşünə sancılır.

Qırqız yazıçısı E.Jurabekovun “Carçı bülbül” hekayəsi əsasında uydurulmuş başqa bir etimologiyaya əsasən isə qədim turk bahadırlarından biri döyüş zamanı ağır yaralanır və bu xəbəri öz sevgilisinə çatdırmaq üçün qanlı köynəyinin bir hissəsini çırıb, carçı (xəbər çatdıran) bülbülün ayağına bağlayaraq sevgilisinin yanına göndərir. Ancaq bu əfsanədə güldən heç bir söhbət getmir və deməli, onun xarı bülbül gülünə də heç bir aidiyyəti ola bilməz.

“Xarı bülbül” adındakı “xarı” sözü epitetdir, yəni o, bu gülun əlamətləri ilə bağlı olmalıdır. Xarı bülbül gülünün mühüm xüsusiyyətlərində biri isə budur ki, onda müxtəlif rənglər (yaşıl, sarı, qırmızı və s.) bir-birinə qarışır, eyni bir ləçəyin bir hissəsində olan ağ rəng ləçəyin digər hissəsində çəhrayıya çevrilir. Bülbülün sinəsindən aşağıgakı hissədə isə hətta naxışlar da vardır. Yazıçı Ə.Bəliyev bu cür əlvanlığı belə təsvir edir: “Gün vurduqca ağacların yarpaqları rəngdən rəngə düşür, xara parçası kimi bir anda cürbəcür rənglərə çalırdı”.

Xara - üzərində özündən müxtəlif naxışları olan qalın və parlaq parçaya deyilir. Ondan hazırlanmış xalat və döşək adlarına həm yazıçılarımızın əsərlərində, həm də dastanlarımızda rast gəlinir. Bu parçanı tərpədəndə və ya ona müxtəlif bucaqlar altında baxanda o, rəngdən rəngə düşərək bərq vurur. Məhz xara parçasına məxsus bu əlamətlərin bülbül gülündə də olması səbəbilə ona “xara bülbül” (yəni “xara paltarlı bülbül”) deyilmişdir. “Xara” sözünün xalq danışıq dilində “xarı” kimi tələffüzü isə dilimizdəki ahəng qanununun tələbi ilə bağlıdır.

Kamil Hüseynoğlu,

Filologiya elmləri doktoru, professor

Tarix
2022.04.08 / 08:30
Müəllif
Kult.az
Digər xəbərlər

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla