Yuxarı

Cəfər Cabbarlının adı siyahıya niyə salınmadı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəfər Cabbarlının adı siyahıya niyə salınmadı?

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Abadlıq Xidməti MMC, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Təmiz heykəl” layihəsi keçiriləcək. Layihədə Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin paytaxt ərazisində qoyulmuş heykəllərinin təmizlənməsi ilə bağlı siyahı açıqlanıb.

Kult.az xəbər verir ki, siyahıda Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəlinin olmaması müzakirə yaradıb.

Bildiyimiz kimi, “28 May” metrostansiyasının yanında qoyulmuş məşhur heykəl uzun illərdir təmizlənmir. Çirklənmiş heykəlin görüntüsü ətrafından keçən hər kəsi məyus edir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytımıza verilən açıqlamada qeyd olunub ki, bu gün "Təmiz heykəl" layihəsinin ilkin mərhələsi həyata keçiriləcək:

“Cəfər Cabbarlının heykəlinin təmizlənməsi layihənin ilkin mərhələsində nəzərdə tutulmayıb. Sözügedən layihənin növbəti mərhələlərində Bakı şəhərində ucaldılmış digər heykəllərin də təmizlənməsi planlaşdırılır”.

Qeyd edək ki, təmizlənəcək heykəllərin siyahısında Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Mikayıl Müşfiq, Mehdi Hüseynzadə, Nəsimi, Fikrət Əmirov, Bülbül, Niyazi, Hacı Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev, Səməd Vurğun, Aleksandr Puşkin və Volfqanq Amadey Motsartın heykəl və büstləri, “Kitabi-Dədə Qorqud” və "İstiqlal” abidələrinin də adı var.

Tarix
2022.04.18 / 11:33
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla