Yuxarı

Kamal Abdulla: “O gəncləri bir yerə yığacağıq”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla: “O gəncləri bir yerə yığacağıq”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun www.sim-sim.az mədəniyyət portalının təqdimat mərasimində akademik Kamal Abdulla Yaradıcılıq Fondunun gələcək planlarından da danışıb.

Axar.az xəbər verir ki, yazıçı Azərbaycanın regionlarında olan mədəni xadimlərə, tələbə və gənclərə qayğı ilə yanaşılmalı olduğunu, onların qeydinə qalmaq gərəkdiyini deyib:

"Azərbaycan regionlarını gəzərkən məni ən çox təəccübləndirən nüans regiondakı gənclər oldu. Universitetə daxil ola bilməyib, bunu faciə kimi qarşılayan, bazarların ətrafında, məhəllələrdə avaralanan gənclər. Onlara başa salmaq lazımdır ki, universitetdən kəsilmək dünyanın ən böyük faciəsi deyil. Mən bu gənclərin qayğısına qalmağın tərəfdarıyam. Bu gənclər oxumaq, bilik sahibi olmaq, cəmiyyətdə özlərinə yer tutmaq istəyir. Məhz bu gənclərə kömək etmək lazımdır. Bununla bağlı Yaradıcılıq Fondu artıq işə başlayıb. Biz regionlarda, ucqar rayonlarda mərkəzlər yaradacaq və o gəncləri bir yerə yığacağıq. Kitabxanalar, kurslar təsis edəcək, gənclərə təhsil verəcəyik. Onlar uzaq düşdükləri universitetlərlə birbaşa ünsiyyətdə olacaqlar. Onlara diplom verə bilməsəm də, öz imzamla sertifikat təqdim edəcəyəm".

Tarix
2015.09.09 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla