Yuxarı

Türkiyə dəhşətlərinə məşhurlardan reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə dəhşətlərinə məşhurlardan reaksiya

Türkiyəni yasa boğan terror hadisələri, gələn şəhid xəbərləri və "Hürriyət" qəzetinə edilən hücumlara məşhurlar reaksiya verib. Onlar terrora və ölkəni sarsıdan dəhşətli hadisələrə qarşı birlik nümayiş etdiriblər.

Axar.az türk mətbuatına istinadən məşhur sənətçilərin son olaylara reaksiyasını təqdim edir.

Türkan Şoray:

"Ölkəmizin yaşadığı bu qaranlıq günlərdə ehtiyacımız olan ən vacib şey birlik, bərabərlik duyğusudur... Mətbuata edilən hücumları şiddətlə qınayıram və xalqımızı şiddətdən uzaq dayanmağa, təhriklərə qapılmamağa, sağlam fikirləşməyə dəvət edirəm. Bütün "Hürriyət" ailəsinə keçmiş olsun".

Əlif Şəfəq:

"Hürriyət"ə edilən hücumu qınayıram. Jurnalistika artıq Türkiyədə ən çətin, ən tək qalmış peşədir. Bu şiddətin qarşısında "Hürriyət"in yanındayam".

Kadir İnanır:

"Hürriyət"ə hücum yaraşmayan hərəkətdir. Mətbuat azad olmalıdır".

Acun İlıcalı:

"Kədərimiz çox böyükdür. Hücumlarda həyatlarını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə səbr və başsağlığı diləyirəm".

Kıvanç Tatlıtuğ:

"Artıq yeni bir günə başlamağa həvəsim qalmayıb. Həmişə bir qorxu, həmişə bir narahatlıq... Bu gün nə olacaq? Daha neçə qardaşımızı şəhid verəcəyik? Bu gün hansı ailələrin həyatı bir daha heç aydınlanmamaq üzrə qaralacaq deyə... Mən də bir ana-atanın övladıyam, mənim də bu vətənin torpaqlarında yaşayan, şəhidlərimizlə eyni yaşda qardaşlarım var... Artıq heç birimizin bu ağrını bir də yaşamasını, tək bir itki belə verməsini istəmirəm. Gözü yaşlı ölkəmin başı sağ olsun. Bütün şəhidlərimizə Allahdan rəhmət, analarımıza, atalarımıza səbir diləyirəm".

Qeyd edək ki, Türkiyədə son dövrlərdə artan terror olayları ilə yanaşı "Hürriyət" qəzetinin redaksiyasına da silahlı hücum olub.

Tarix
2015.09.10 / 14:37
Müəllif
Nigar An
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla