Yuxarı

Tofiqin həbs səbəbi: Ordu zarafat sevmir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Baş Prokurorluğun yaydığı məlumat sıradan bir cinayət hadisəsi və yaxud qanunsuzluğun cəzalandırılması deyil, daha ciddi məsələdir. Söhbət artıq uzun müddətdir bəzi media qurumlarının hərbi ekspert kimi istinad etdiyi Tofiq Şahmuradov və onun bir aylıq inzibati həbsə göndərilməsindən gedir.

T.Şahmuradovun səhifəsinə göz atdım: vaxtaşırı olaraq Ordumuzun ayrı-ayrı üzvləri haqda yazıb, təhqiramiz ifadələrlə bərabər, savadsız yanaşma da var. Bu azmış kimi, hansı zabitin hansı hərbi hissədə hansı vəzifə daşıması, onu kimin əvəz etməsi, “daxili çəkişmələr” və s. haqda eşitdiyi, bildiyi qeybətləri həqiqət kimi tirajlama cəhdləri də üzücüdür.

Təəccüblənməyə bilmirsən: yerinə, hərbi hissənin nömrəsinə, hərbi hissə komandirinin ata adına qədər sosial şəbəkələrdə necə məlumat paylaşmaq olar? “Hərbi ekspert”liyə iddialı şəxs bu məlumatları ictimai şəkildə yaymağın doğru olmadığını bilmirmi?

Prokurorluğun məlumatında bəzi media qurumlarının ictimaiyyətə yaxşı tanış olan isimlərinin də adı keçir və qəribədir ki, onlardan biri zabitdir, Vətəni də kimsədən az sevmir, Ordu ilə bağlı dəfələrlə sevgi dolu yazılara, statuslara müəlliflik edib. Necə olur ki, xəbərdarlıq alır?

44 günlük savaşa qədər insanlarımız, xüsusilə sosial şəbəkə aktivistləri bu mövzuda daha həssas davranırdılar.

Bəlkə də hansısa general doğrudan da yanlış bir addım atır, qanunsuzluq edir. Ancaq bunu bütövlükdə generalitet adına necə ümumiləşdirmək olar?

Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ Aprel savaşında göstərmişdi. 44 günlük savaş isə bu xalqın, bu millətin və Azərbaycan Ordusunun şöhrətini bütün dünyaya yaydı.

Qarşımızda 30 ildir səngər qazan, istehkamlar quran, milyonlarla mina basdırmış düşmən vardı: bu düşmən dördqat, beşqat müdafiə səddi qurmuşdu – öndəki səngərlə arxadakı səngərləri birləşdirən yollar vardı, arxadakı səngərdə öndəki səngəri vura bilən minaatanlar, artilleriya hazır vəziyyətdə idi... Yəni bir səngəri alan kimi geri, ikinci səngərə çəkilib, əldən verilən səngəri vurmaq üçün hər şey əvvəlcədən düşünülmüşdü və bu “sistem” dördqat idi: bir-birinin ardınca qurulan 4-5 belə səngər, istehkam, dünyanın ən güclü orduları üçün cəhənnəm yaşada biləcək taktika!

Ermənistan “Ohanyan səddi” adı verdiyi bu “Çin səddi” ilə qürur duyurdu, hətta bu səddin arxasından Azərbaycanı hədələyirdi.

Bu səddin bəzi hissələri 40 dəqiqəyə, bütövlükdə isə 2 saat ərzində darmadağın edildi və Ordumuz ildırım sürəti ilə torpaqlarımızı azad etdi.

Ən qısa müddətdə bi ölkənin ordusunun 40 faizini sıradan çıxarmaq, hərbi texnikasının 85 faizini məhv etmək nə deməkdir?

Ermənistanın arxasında kimlər vardı, hansı ölkələrdən silah axırdı, hansı ölkə hətta həyasızcasına öz ordusunu belə əsgərlərimizin qarşısına çıxarmışdı – bilirsiniz. Bütün bunlar Ordumuzun qarşısını ala bilmədi.

Şuşa kimi alınmaz Qalanı heç bir ağır silahlar olmadan, süngü və yüngül atıcı silahlarla, sıldırım qayanı dırmaşaraq alan Ordudan danışanda ehtiramı, hörməti və sevgini bildirmək vacibdir.

Azərbaycan Ordusunun 44 günlük savaşda tətbiq etdiyi misilsiz taktikaları dünyanın ən məşhur hərbi analitik mərkəzləri hələ də tədqiq edir; hətta Rusiya ordusu An-2 təyyarələrini PUA-ya çevirmək haqda indi düşünür, yalançı hədəflərlə HHM sistemlərinin aşkarlanması taktikasından isə dünya hələ də heyrətdədir...

Bu taktikanı hazırlayan, bu cür vətənpərvər və peşəkar Ordunu yaradan o generalitetdir, dövlətimizdir!

Azərbaycan tarixinin ən şanlı qələbəsinə imza atan Qalib Ordunun mənsubları haqda tənqid yazanda ciddi düşünmək lazımdır və bu, qanunla tənzimlənə bilməz.

Qanun 3-5 blogeri cəzalandıra bilər, ancaq yalnız Feysbuk şəbəkəsinin istifadəçilərinin sayı 3,5 milyondan çoxdur. Necə deyərlər, “xalqın ağzı çuval deyil ki, bağlayasan”. Bu sərhədsiz məkana nəzarət də həddən artıq çətindir. Burda hər bir istifadəçinin özü nəzarətçi olmalıdır – həm özünə, həm də onlayn dostluğunda olan, bu məsələləri düşünməyən və düşmənə hansısa informasiyanı bilərəkdən-bilməyərəkdən sızdıranlara...

Tarix
2022.07.28 / 11:12
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla