Yuxarı

ANS əyləncə verilişlərini dayandırdı - Səbəb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS əyləncə verilişlərini dayandırdı - Səbəb

Ankarada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktina görə Azərbaycan xalqının hər bir üzvü kimi biz də dərin kədər, hüzn içindəyik.

Bu sözləri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Ankarada törədilən qanlı terror aktına münasibət bildirərkən deyib.

"Biz bu qanın yerdə, günahkarların isə cəzasız qalmayacağına inanırıq! Türkiyə dövləti və xalqı hər hansı haqsızlıq və ədalətsizlikdən daha güclüdür! Dərd ağırdır, kədər böyükdür! Biz bu faciə ilə bağlı proqram şəbəkəsində dəyişiklik etmiş, əyləncəli verilişləri şəbəkədən çıxarmışıq", - deyə Vahid Mustafayev öz mövqeyini bildirib.

Vahid Mustafayev bu hadisənin ona Bakıda yaşanan analoji halları xatırlatdığını deyib.

"Artıq 100-ə yaxın bacı-qardaşlarımız Ankarada terrorun qurbanı oldu, 250-yə yaxın insan isə yaralanıb. Bu, mənə 1994-cü il 19 mart "20 Yanvar" və həmin ilin 3 iyulunda "Gənclik" stansiyası yaxınlığında baş verən terror aktlarını xatırladı. Çox ağır günlər yaşadı onda Azərbaycan xalqı. Saatlarla meyid və yaralıları daşıyırdıq… Amma tək deyildik - türkiyəli bacı-qardaşlarımızla çiyin-çiyinə çarpışırdıq. Biz o zaman terrorçuların layiqincə cəzasını verdik, inanıram ki, terrorçular bu gün də cəzasız qalmayacaqlar inşallah!"

Ötən gün Ankarada baş verən terror aktı zamanı 95 nəfər dünyasını dəyişib 200-dən çox insan yaralanıb. Partlayışın baş verdiyi dəmiryolu vağzalında mitinq keçirildiyindən qurbanların sayı çox olub. Baş verən faciə ilə bağlı Türkiyədə 3 günlük matəm elan olunub, dövlət bayraqları yarıya qədər endirilib.

Hadisədən sonra bəyanatla çıxış edən Türkiyə Baş naziri Əhməd Davudoğlu partlayışa görə İŞİD silahlıları, Kürdüstan Fəhlə Partiyası (PKK) fəallarının və radikal solçuların şübhəli bilindiyi bildirib.

Terror hadisəsindən sonra Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Istanbulda minlərlə insanın iştirakı ilə terrora qarşı etirazlar başlayıb.

Baş verənlərə görə Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-də Türkmənistana planlaşdırılan səfərini təxirə salıb.

Tarix
2015.10.11 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla