Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimov haqqında film çəkiləcək. Filmin ssenari müəllifi
gənc yazar Nicat Əjdərdir.
"Axar.az"a "Azərbaycanın Rusiyadakı diasporları ilə də əlaqə
saxlayıb əməkdaşlıq etmək istədiyimizi demişik, onlar da bizə
yardım edəcəklərinə söz veriblər",- deyən Nicat Əjdər əsəri "Era
production"un ekranlaşdıracağını bildirib:
"Ruslan bəylə biz layihə rəhbəriyik. Mən də ssenari rəhbəriyəm.
Ssenari kitab şəklində çıxıb bizdə. Filmi çəkməkdə məqsədimiz
Azərbaycan gəncləri və gələcək nəsillər üçün örnək olaraq milli
ruhda çəkmək istəyirik bu filmi, yəni milli ideologiyamızın bizdən
tələb etdiyi kimi. Azərbaycanın bütövlüyünü qorumaq, Azərbaycanı
sevmək, Azərbaycanın bayrağına məhəbbətlə yanaşmaq üçün böyük
əhəmiyyət kəsb edən epizodlar var o ssenaridə. O təkcə Mübarizin öz
yaşadığı həyat tərzi deyil, o filmlə həm də biz dünya
standartlarına uyğun film çəkib milli qəhrəmanımızı dünyaya
tanıtdırmaq istəyirik. Həm də ki, Azərbaycan gəncləri üçün örnək
olaraq yeni dəyərli bir məhsul əldə etmək istəyirik.
Bu barədə tam şəkildə hələ heç bir kinematoqraflarla,
rejissorlarla, operatorlarla danışılmayıb. Fikrimizdə var ki,
büdcəmizin uyğunluğuna baxaraq, əlverişli variant olsa, xaricdən
2-3 nəfər dəvət edə ki, işimiz tam yaxşı olsun.
Onlardan xahiş eləyərdim ki...
Bu iş təkcə bizim işimiz deyil. Bu ümumi xalqın işidi, çünki biz
Azərbaycanın igid bir oğlu haqqında, şəhid bir oğlu haqqında film
çəkirik. Bu işdə hər sahədə bizə kim zərrə qədər də yardım
göstərirsə, demək, bizlə əməkdaşlıq eləyir, bir vətənpərvər kimi
borcunu yerinə yetirir. Azərbaycanda hal-hazırda belə filmlərə
çoxlu şirkətlər, insanlar, xeyriyyəçilər yardım göstərirlər. Və mən
onlardan xahiş eləyərdim ki, bizlərlə əməkdaşlıq eləmək istəsələr,
biz onları gözləyirik. İnanırıq ki, onlar belə bir işdə, gözəl
filmin ərsəyə gəlməsində bizə dəstək olacaqlar.
Dünya standartlarına uyğun film çəkmək
istəyirik
Bədii film olacaq. Biz şəhidin ailəsindən, atasından müsahibə
götürmüşük, kitabın Atatürk mərkəzində təqdimatı keçirilib, orda
Azərbaycanın tanınmış ziyalıları iştirak etmişdi. Biz son model
kameralardan istifadə etməklə, tam dünya standartlarına uyğun olan
film çəkmək istəyirik. Buna görə də kifayət qədər çox maliyyə
lazımdır.
Səhnədən xəbəri olmayan insanlar da ola
bilər
Bütün rollarda Azərbaycan aktyorları olacaq, çünki xarici aktyor
gəlib bizim olduğumuz kimi o rolu oynaya bilməz. Ola bilər,
tanınmış aktyorlar olsun, heç səhnədən xəbəri olmayan insanlar da
ola bilər. O bizim rejissorumuzun və yaxud da kastinq aparan
insanlarımızın fikirlərindən sonra dəqiqləşəcək. Onları hələ
dəqiqləşdirməmişik.
Azərbaycanda gəncləri üçün o filmlərin heç bir
əhəmiyyəti yoxdur
Qeyd eləmək istəyirəm ki, prezidentimiz İlham Əliyev böyük
məbləğdə kino-seriallar üçün pul ayırıb. Yəni, sizli-bizli hamımız
telekanallara baxırıq. Səhərdən-axşama qədər məhəbbət mövzularında,
romantik mövzularda gedən filmlərdir. Azərbaycanın gələcəyi üçün,
Azərbaycanda böyüyən gənclər üçün o filmlərin heç bir əhəmiyyəti
yoxdur. O filmlərə, seriallara baxan azərbaycanlı gənc hansı milli
ruhda böyüyə bilər ki, sabah əlinə silah alıb Azərbaycanın
keşiyində dayansın, torpaqlarımızı qorusun.
Qarşımıza məqsəd qoymuşuq ki...
Odur ki, biz qarşımıza məqsəd qoymuşuq ki, bu tipli filmləri
çəkməyi ardıcıl olaraq - yəni təkcə Mübarizin filmini çəkib
dayanmaqla yox – davam etdirək. Müasir dövr qəhrəmanlarımızın
həyatını filmləşdirmək lazımdır. Qoy, bizim gənclərimiz şəhid
qəhrəmanlarımızı tanısınlar, o ruhda böyüsünlər. Torpağa necə bağlı
olmağı, vətəni, torpağı sevməyi onlardan öyrənsinlər. Və sabah
vətənin keşiyində durmağa hazır olsunlar.
Azərbaycanın mentalitetinə uyğun olan bir ssenari
yazılıb
Kitabda Mübariz İbrahimovun 5 yaşından şəhid olan gününə qədər
olan tarix ssenariləşdirilib. Biz İbrahimovun valideynləri ilə,
yaxınları ilə görüşmüşük, onlardan çoxlu informasiyalar almışıq.
Yəni, Mübarizin yaşadığı həyat tərzini, hansı yolda gedibsə onları,
bir də kinossenari alınması üçün öz fantaziyalarımızı,
ideyalarımızı əlavə eləmişik. Azərbaycanın mentalitetinə uyğun olan
bir ssenari yazılıb. Məsəlçün, filmin əvvəlində 1993-cü ilin may
ayından da bir neçə ay əvvələ qədər yazılıb o ssenari.
Mən bu ssenarini özümə borc bilib yazmışım
Bu bizim birinci işimizdir. Mən meyxana ustasıyam. Mənə sual
verirlər ki, bunu gündəmə gəlmək üçün edirsiniz. Deyirəm, xeyir,
mən bu ssenarini tək Nicat Mənalı olaraq yox, bir Azərbaycan
vətəndaşı kimi özümə borc bilib yazmışım. Əgər gündəmə gəlmək lazım
olsaydı, mənim öz sənətim mənim üçün daha əlverişlidir gündəmə
gəlmək üçün.
Bu yolda bizə hər hansı köməklik, əməkdaşlıq eləyəcək hər kəsə
öz təşəkkürümüzü bildiririk. Bu işdə bizimlə ilk əməkdaşlıq etməyə
başlayan "Visiontv.az", Elvin bəydir. Bununla bağlı bir çox
insanlarla görüşmüşük. Çoxları bu işə mənfəət mənbəyi kimi baxır,
amma biz Elvin bəydə o təşəbbüsü gördük ki, o bir Azərbaycan
vətandaşı kimi bu işin ərsəyə gəlməyinə səy göstərir.
Biz bu filmi "Era production"
olaraq Ruslan İsmayılov, Nicat Əjdər oğlu və "Vision TV"dən Elvin
bəylə birlikdə ərsəyə gətirmək fikrindəyik.