Yuxarı

Düşmənin silahına nəzarəti ələ keçirmək... - Yeni texnologiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süni intellektə niyə bu qədər çox vəsait ayrılır? Fövqəldövlətlər bununla nəyə can atırlar?

Kult.az bu barədə maraqlı məqamları özündə birləşdirən “Amerikanın “Ölüm tacirləri” və Almaniyada 200 milyon markaya satılan çörək” adlı siyasətçilər üçün araşdırma yazısını Avropada yaşayan jurnalist Elbəyi Həsənlinin tərcüməsində təqdim edir:

1896-cı ildən Avstriya taxt-tacının vəliəhdi olan Frans Ferdinand Karl Lüdviq İosif fon Habsburq (1896-cı ildə, atasının ölümündən sonra Avstriya-Macarıstan taxt-tacının vəliəhdi oldu) serb millətçisi Qavrilo Prinsipin rəhbərlik etdiyi 6 nəfərlik terrorçu qrup tərəfindən 28 iyun 1914-cü ildə öldürüldü. Frans Ferdinandın ölümü formal olaraq Birinci Dünya müharibəsinin başlanmasına bəhanə oldu. Nəticədə 20 milyon insan öldü, bir o qədər də yaralandı.

İngiltərə, Fransa, Rusiya, Avstriya və Almaniya kimi ölkələr yaman günə qaldı. Düşünün ki, Almaniya kimi qüdrətli ölkə o günə qalmışdı ki, bir kündəlik çörək 200 milyon markaya satılırdı.

I Dünya müharibəsində Amerikanın “ölüm tacirləri” astronomik gəlir əldə etdilər. Bu sırada Con Pirpont Morqan xüsusi ilə önə çıxdı. O, vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən idi.

Con Morqan 1914-cü ildə ABŞ Prezidenti Tomas Vudro Vilsona (1913–1921) yazırdı: “Müharibə Amerika üçün ağlasığmaz fürsətə çevrilməlidir”. Amerika bu fürsətdən geninə-boluna istifadə etdi. Con Morqan və Du Pont kimi silah istehsal edən iş adamları müharibə edən ölkələrə silah satışını həndəsi silsilə ilə artırdı.

Tarixçi Alan Bruqar yazırdı ki, döyüşdə ölən hər bir əsgərə görə beynəlxalq bankirlər 10 min dollar gəlir əldə edirdi. I Dünya müharibəsində ölən 20 milyon nəfərin hər birinə görə 10 min dollar! Bu, fantastik məbləğ deməkdir.

1934-cü ildə Helmut Engelbrext tərəfindən yazılmış “Ölüm tacirləri” adlı kitab bestseller oldu. Kitab silah istehsalçılarının qeyri-etik biznes təcrübələrini ifşa etdi və I Dünya müharibəsi zamanı onların nəhəng gəlirlərini təhlil etdi. Müəllif belə nəticəyə gəldi ki, silah biznesinin yüksəlişi və inkişafı bu işin başında duran tacirləri dünya sülhü üçün təhlükəyə çevirib. Müəllif onu da faktlarla ortaya qoydu ki, ABŞ-ın I Dünya müharibəsinə qoşulmasının yeganə səbəbi “Ölüm tacirləri”nin lobbi fəaliyyəti ilə Konqresi və Prezidenti müharibəyə təhrik etməsi olub.

Bu kitab aldadılmış Amerika ictimaiyyətini hiddətləndirdi. 1934-cü ildə təxminən 100.000 amerikalı silah istehsalının artırılmasına qarşı petisiya imzaladı. Veteranlar 1935-ci ildə Vaşinqtonda sülh yürüşü keçirdilər. İki dəfə “Şərəf” medalı laureatı general Smedli Batler “Müharibə bir reketdir” kitabını nəşr etdirdi. (“Reket” sözü Azərbaycan dilində daha çox şantaj yolu ilə məmurlardan pul qoparan jurnalistlərə şamil edilir. İngilis dilində isə bu söz daha çox fırıldaq yolla biznesdə para əldə edənlərə deyilir).

General yazırdı ki, böyük biznes, Voll Strit və bankirlər məni reketə - kapitalizmin qanqsterinə çevirmişdi. Həmin kitab da Amerikada bestseller oldu.

Elə o vaxtdan Amerikanın I Dünya müharibəsi zamanı Avropada kütləvi qırğınlara səbəb olan silah istehsal edən şirkətlərinin cəzaladırılması ilə bağlı ictimai çağırışlar səslənir. Bu cinayətin üstündən 100 ildən də çox vaxt keçib. Ancaq Amerika xalqı və müharibə əleyhdarları bu cinayəti törədənlərin simvolik də olsa cəzalandırlmasını istəyirlər...

Ancaq orası da var ki, hazırda da “Ölüm tacirləri” iş başındadır. Beynəlxalq sülhə və əmin-amanlığa real təhlükə olan bu tacirlər dünyanın müxtəlif bölgələrində qaynar nöqtələr yaratmaqla silah ticarətini daha da genişləndirməyə çalışırlar. Rəsmi statistikaya görə, dünya ölkələri hər il hərbi xərclərə 2 trilyon dollardan artıq vəsait ayırır. Dünyada ən böyük hərbi büdcəyə sahib olan ölkə də ABŞ-dır. Amerika hərbi məqsədlər üçün hər il 800 milyard dollar civarında vəsait xərcləyir. Bu siyahıda ikinci yerdə gələn Çinin hərbi xərcləri (260 milyard dollar) isə Amerikadan 3 dəfə azdır. Bu fakt bir daha onu təsdiq edir ki, “Ölüm tacirləri” hələ də Amerikada dominant mövqelərə sahibdirlər.

İndi vəziyyət daha təhlükəlidir. Amerikanın canlı əfsanəsi olan 100 yaşlı Henri Kissincer (1923) deyir ki, Pekinin qənaətinə görə, ABŞ Çini inkişafdan saxlamaq üçün hər şeyi edəcək və Çinlə heç vaxt bərabərhüquqlu dövlət kimi davranmayacaq. Vaşinqton da öz növbəsində Çinin ABŞ-ı dünya lideri kimi sıxışdırmaq istədiyinə inanır. Kissincer iki fövqəldövlət arasında texnoloji və iqtisadi üstünlük əldə etmək üçün artan rəqabətdən xüsusilə narahatdır. O qorxur ki, bu rəqabət süni intellektin inkişafı nəticəsində daha da güclənəcək.

Müşahidəçilər qeyd edir ki, ABŞ 1987-ci ilə kimi SSRİ-ni özünə düşmən bilirdi. O vaxtdan sonra isə Çin Amerika üçün əsas düşmən dövlət kimi qəbul olunur. Belə bir fonda süni intellekt hərbi müstəvidə xüsusi ilə təhlükəlidir. Niyə? Çünki süni intellektin köməyi ilə Amerika Çinin bütün hərbi kodlarını sındıra bilər. Bu nə deməkdir? Düşünün ki, Çinin sahib olduğu dronlar, müdafiə və raket sistemləri, bir sözlə, ultra-müasir hərbi texnologiya bir anın içində Amerikanın nəzarətinə keçə bilər. Ona görə də Amerika bu məsələyə xüsusi diqqət edir. 100 min kubit gücə malik Kvant kompüterlərin (100.000 cubit Quantum computer) yaradılması da bu məqsədin həyata keçməsinə xidmət edir.

2023-cü ildə Çin süni intellektlə bağlı tədqiqatlara 14.75 milyard dollar xərcləyəcək. Amerika bu sahədə Çindən xeyli qabaqdadır. Ancaq Çin bu sahəyə getdikcə daha çox para xərcləyir. Dünyada da bu tendensiya aydın görünür. 2030-cu ildə süni intellektə bəşəriyyət bütövlükdə 2 trilyon dollar maya qoyacaq.

Təəssüf ki, sünni intellekt bəşər sivilizasiyasını sülhə yox, daha çox müharibəyə yaxınlaşdırır. Henri Kissincer deyir ki, yaxın 5-10 ildə bəşəriyyət süni intellektdən qaynaqlanan bir dövrə qədəm qoyacaq. Qocaman siyasətçinin bu xəbərdarlığı da təsadüfi deyil: “Çap maşını XVI və XVII əsrlərdəki dağıdıcı müharibələrə səbəb olduğu kimi, süni intellekt də böyük fəlakətlərə səbəb ola biləcək potensiala sahibdir”...

Tarix
2023.06.06 / 22:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla