Yuxarı

Kolumb niyə türklərdən kömək istəmişdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolumb niyə türklərdən kömək istəmişdi?

Coğrafiya və xəritə mütəxəssisi, türk dənizçi Piri Rəisin 1513-cü ildə hazırladığı və Afrika, Amerika, həmçinin, Cənub qütbünü göstərən xəritə 1929-cu ildə üzə çıxdığı zaman böyük səs-küyə səbəb olub. Çünki Cənub qütbünün kəşfi xəritənin hazırlanmasından əsrlərlə sonra, 1818-ci ildə həyata keçib.

Axar.az xəbər verir ki, Piri Rəisin xəritəsi qitənin buz altında qalmış hissəsini də göstərirdi. Qitə üzərindəki buzlar xəritənin hazırlanmasından 6 min il əvvəl əriyib.

Piri Rəis xəritəsi Amerika qitəsini göstərən ən qədim xəritələrdən biridir. Bu xəritə Avropa və Afrikanın qərb sahillərini və Cənubi Amerikanın şərq sahillərini göstərir. O, Xristofor Kolumba məxsus xəritə də daxil olmaqla, 20 mənbədən faydalanaraq öz xəritəsini hazırlayıb.

Bu xəritə Avropa və müsəlman dənizçilərinin coğrafi biliklərini özündə əks etdirən dəyərli tarixi sənəddir.

Piri Rəis 1528-ci ildə Amerikanı göstərən ikinci bir xəritə hazırlayır. Onun bu xəritəsi 1929-cu ildə Topqapı sarayının muzeyə çevrilməsi zamanı təsadüfən tapılıb. Piri Rəisin xəritəsinin ilk dünya xəritəsi olduğunu Paul Kahl bildirib. Kahl xəritə ilə bağlı araşdırmalarını 1931-ci ildə Şərq Elmləri Konqresinə təqdim edib. Xəritənin üzərindəki qeydləri Həsən Fəhmi latın hərflərinə çevirib.

Türk Tarix Qurumu 1937-ci ildə "Piri Rəis xəritəsi" adlı kitabda xəritəni yayımlayıb. Xəritənin itmiş parçalarının axtarışı zamanı Topqapı sarayının müdiri Tahsin Öz tərəfindən dünya xəritəsi adlandırılan başqa bir Piri Rəis xəritəsi tapılıb.

Qeyd edək ki, araşdırmalar Хristоfоr Kоlumbun Amеrikanın varlığını da türk dənizçilərindən öyrəndiyini göstərir. Оsmanlı türklərindən yardım istəyən Kоlumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq onun хidmətçisi Rоdriqоnu özünə köməkçi götürüb. Rоdriqо müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kоlumb səyahətə çıхarkən ilk dəfə qurunu görən də Rоdriqо оlub. Хristоfоr Kоlumb isə Hindistana çatdıqlarını güman еdib.

Tarix
2016.01.03 / 14:59
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla