Yuxarı

Ən qədim mumiya Azərbaycanda tapıldı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən qədim mumiya Azərbaycanda tapıldı – Foto

Dünyanın ən qədim mumiyası 2350 il əvvəl yaşamış insanın mumiyasıdır.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, sözügedən mumiya 16-18 yaşlı gənc oğlana məxsusdur. Bu mumiya Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmud xan Zülfüqari Tarixi Etnoqrafiya Muzeyində saxlanılır.

Bu gün dünyada mumiyalar iki növə ayrılır: təbii və kimyəvi mumiyalar. Misirdə tapılan mumiyalar kimyəvi mumiyalar hesab olunur. Təbii mumiyalar isə özü üç yerə ayrılır: buz, palçıq və duz mumiya. Dünyada buz mumiya İtaliyada tapılıb. Duz mumiya isə yalnız 12 il öncə Zəncan əyalətində Çehrabad duz mədənində qazıntı zamanı aşkarlanıb.

İlk duz mumiya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oksford Universitetinin mütəxəssisləri cəlb edilib.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumiya 2350 il əvvəl yaşamış 16-18 yaşlı gənc oğlana aiddir. O, çiynində duz kisəsi daşıyarkən uçqun altında qalıb. Gənc mumiya oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqqabı və dəridən olan duz kisəsi öz orijinallığını itirmədən, xarab olmadan qala bilib.

Tarix
2016.02.03 / 00:21
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla