Yuxarı

Başçıya bu gün ərə gedən tanınmış aparıcı - Dosye

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçıya bu gün ərə gedən tanınmış aparıcı - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovun teleaparıcı Alidə Mustafayeva ilə toyu olacaq.

Kult.az xəbər verir ki, Alidə Fərhad qızı Mustafayeva (Alidə Fərhadqızı) 30 avqust 1987-ci ildə Bakıda anadan olub.

Atası elmlər namizədi, dosent Fərhad Məhəmməd oğlu Mustafayev Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası İradə Baba qızı Kəsəmənli Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir.

2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi, 2008-ci ildə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını bitirib.

7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. 2010-cu ilin sentyabr ayının 17-də 106 FM|106 və 106.3 FM dalğalarında “Son xəbər”i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də “Son Xəbər”in aparıcısı olub.

Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, “ATV Dünya” proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb.

2016-cı il 4 iyul tarixindən ANS-də “Salam, Azərbaycan” və “Xəbərçi” proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdə ANS fəaliyyətini dayandırdığı üçün buradan ayrılıb.

Alidə Mustafayeva 2017-ci il 5 yanvar tarixdən Azərbaycan Televiziyasında işə qəbul edilib, 2017-ci il sentyabrın 8-də isə AzTV-dən işdən çıxıb.

11 sentyabr 2017-ci il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçı" İnformasiya Proqramının və 90 FM-də "Xəbər vaxtı" proqramının aparıcısı kimi fəaliyyətə başlayıb. 2019-cu ildə "Diqqət Mərkəzi", "Diqqət Mərkəzi Yekun" proqramlarının aparıcısı olub.

21 yanvar 2021-ci ildə İTV-dən ayrılıb, 1 fevral 2021-ci ildən yenidən AzTV-də fəaliyyətə başlayıb.

4 may 2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Telefon Rabitəsi” MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.

5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan “Rəqəmsal Dialoq” verilişini aparır.

Xatırladaq ki, bu, Seymur Orucovun ikinci evliliyidir.

Tarix
2024.02.28 / 11:03
Müəllif
Kult.az
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla