Yuxarı

Zeynəb Xanlarova “vətən xaini” ilə KQB-dən gizli necə görüşüb - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sovet qırıcısını Türkiyəyə qaçıran azərbaycanlı" yazımız geniş rezonans doğurdu. Redaksiyaya, eləcə də mənə edilən zənglər, təşəkkürlər və təkliflər bu mövzunu davam etdirmək, araşdırmanı dərinləşdirmək fikri yaratdı. Azərbaycan xalqı özünün mühacir həyatı yaşayan övladlarını, onların mühacirətə qədər və sonrakı fəaliyyətini öyrənməyə ciddi maraq göstərir.

Anonim, kimliyini bildirməyən bir oxucumuz isə qəhrəmanımızın – Məhmət Altunbayın (Məmməd Məmmədov – 1941-ci ildə sovet qırıcısını qaçırıb Türkiyəyə keçən) ailəsini tapmaq üçün istiqamət və ipucu verdi. Beləliklə, araşdırmamız davam edir.

Məmməd Məmmədovun – Məhmət Altunbayın hal-hazırda İsveçrədə yaşayan oğlu Oqtay da bizimlə əlaqə saxladı. Əvvəlcə, atası haqda uşaqlıq xatirələrini bizimlə paylaşan Necati bəy Kəsər vasitəsi ilə təşəkkürünü bildirdi, yazı ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi. Eləcə də atasının "Nədən mühacir həyat yaşadım", - deyə yazdığı məktub-vəsiyyətini də bizlərə ünvanladı və saytımız onu da yayınladı.

Bu dəfə isə Oqtay Altunbay sosial şəbəkənin verdiyi imkanlardan istifadə edərək bu yazının müəllifi ilə əlaqə saxladı.

Davamı

(Əvvəli burada)

ZEYNƏB XANLAROVA ALTUNBAYLA GÖRÜŞÜB

- Oktay bəy, bura kommunist rejimi olan bir ölkə idi. Müstəqillik zamanında isə qardaşınız atanız haqda danışarmış. Mühiti nəzərə almaq gərəkdir…

- Atamı tanıyanlardan biri də köhnə sənətçilərdən olan Zeynəb Xanlarovadır. Zeynəb xanım xüsusi bir icazəylə 1972 və ya 1973-cü ildə Ankaraya konsert verməyə gəlmişdi. Atam onun özünü qonaq olaraq dəvət etmişdi. Yadımdadır. O, milətini sevərək danışan bir xanım əfəndi idi…

- O, indi bizim millət vəkilidir.

- Nə gözəl! İnşallah, milliyyətçi bir xanımdır. Atamı ondan da soruşarsınız. O da bildiyi qədər sizə deyər.

UŞAQLIĞIM SANKİ AZƏRBYACANDA KEÇDİ

- Siz uşaq olarkən atanız Aərbaycandan çox bəhs edirdi?

- Bütün uşaqlığım sanki Azərbaycanda keçdi, Faiq bəy. Azərbaycan şeirləri, hekayələri ilə yetişib-böyüdüm mən. Bizim evimizdə hər gün azərbaycanlı gonaqlarımız olardı. Bilirsənmi, atamın kommunistlərə və KQB-yə qarşı mübarizəsi həm Azərbaycanda, həm də Türkiyədə davam etdi. Atam hər zaman Türkiyədə universitetlərdə konfranslar keçirirdi. Kommunizmin necə bir ilan olduğunu türk gənclərinə izah edirdi.

- Kimlər olurdu qonaqların sırasında?

- Qonaqların əksəriyyəti atamdan əvvəl Türkiyəyə gəlib yerləşmiş kəslər idi. Bizə ailələri ilə birlikdə gəlib-gedərdilər. Atam 1941-ci ildəTürkiyəyə gəldiyi zaman az qala bütün Türkiyə atamı qarşılayıb. Burada yaşayan bütün azərbaycanlıların hamısı təbrik edib onu.

ATAM KİMİ PİLOT OLMAQ İSTƏDİM

- Niyə getdiniz İsveçrəyə? Türkiyədə yaşamaq çətin oldumu? Yoxsa atanızın bir zamanlar etdiyi mühacirlik sizin də taleyinizdə rol oynadı.

- Mən atam kimi pilot olmaq istədim, oldum da. Skandinavia "Airolines"də təlimatçı pilot olaraq işləyirəm. Yəni həm uçuram, həm tələbə yetişdirirəm.

- Ailəniz haqda nə deyə bilərsiniz?

- Xanımım və 13 yaşında oğlum var. Onun da adı Məhmət Altunbaydır. Sizinlə atam haqda olan söhbətimiz bir-iki həftə, dir-iki ay çəkə bilər. Çünki Məhmət Altunbay 4-5 səhifə ilə izah ediləcək bir adam deyil. Sizin bununıa Azərbaycana üçün çox böyük xidmət edirsiniz. Mənə görə, millətçi Azərbaycan gəncliyinin Məmməd Məmmədovu tanıması lazımdır. Onun və dostlarının kommunistlərlə, komsomollarla Bakı küçələrində necə savaşdıqlarını bu insanların bilməsi mütləq lazımdır.

GÜNDÜZ TƏLƏBƏ YETİŞDİRİR, GECƏ İSƏ…

- Amma yardımçı olmanız gərəkir.

- Sizə parça-parça ağlıma gələn hər şeyi izah etməyə çalışıram. Bəli, mənim atam Bakı Hava Qüvvələri Məktəbinin Komandiri idi. O, bir vətənpərvər adam olub. Gündüz təyyarə ilə tələbə yetişdirirdi, gecə isə azadlıq mübarizəsi aparan bir qartal idi Bakı küçələrində…

GÜLSÜM ANA ATAMI ÇOX GÖZLƏYİB

- Oqtay bəy, sizin ögey ananız kim idi, bilirdinizmi adını?

- Əlbəttə, mənim Gülsüm anam. Mən Azərbaycana gəldiyim zaman onu gördüm, tanıdım. Amma məndən sonra o da rəhmətə gedib.

- Gülsüm ana atanızın yolunu gözlədimi?

- Gülsüm ana çox vəfalı bir xanım idi. Atam hər zaman bizə ondan danışardı. Gülsüm ana atamı çox gözləmişdi. Amma kommunistlər atamın öldüyünü ona və hər kəsə söyləyəndən çox-çox sonra Gülsüm ana başqası ilə ailə qurmuşdu.

KQB QIZI GÜLSÜM ANANIN ƏLİNDƏN ALIB

- Məlahət xanım - dogma ananız heç qısqanırdımı babanızı?

- Əsla, anam da görmədən, bilmədən Gülsüm anaya hörmət edirdi. Atam Azərbaycandan ayrıldığı zaman azərbaycandakı qardaşım 10 günlük imiş. Bizim bir bacımız da varmış. O zamanlar 10-12 yasında imiş. Ruslar qızı Gülsüm ananın əlindən almışdılar, oğlan kiçik olduğu üçün qalmışdı. Sonralar qızı çox axtarsalar da, tapa bilməmişdilər.

- Adı nə idi?

- Adı indi tam yadıma gəlmir, səhv edərəm.

BAXDI AĞLADI, GÜLDÜ AĞLADI, İYLƏDİ MƏNİ

- Gülsüm ana sizi görüncə qucaqladımı? Məmmədini - Məhmətini soruşdumu?

- Faiq bəy, Allah sizi inandırsın, biz qarşılaşdıq, görən kimi məni tanıdı. Axşama qədər oturduq, ağladıq, ağladıq, ağladıq, məni öpdü, öpdü, öpdü. İylədi, iylədi və yenə ağladı. Güldü, ağladı, sevindi ağladı, oturdu baxdı, durdu, baxdı. Üzümdə, gözümdə nələri isə seyr edirdi, "sən Məmmədimin balasısan", - deyirdi.

İndi bunu izah etmək çox çətindir, yaşamaq və görmək lazımdır. Onun yoldaşının adı Bərzu bəy idi. O da mənə çox yaxınlıq göstərdi.

GÜLSÜM ANA – DOĞMA ANA

- Məmmədimə yaxşı baxırmı, deyə Məlahət xanımı soruşdumu?

- Əlbəttə. Anam onun üçün hədiyyələr göndərmişdi. Çox-çox salamlar söyləmişdi. Onsuz da biz həyatımız boyunca həmişə sevgi və həsrət duyaraq yaşamışdıq. Gülsüm ana mənim dogma anam oldu…

- Qısqandımı atanızı ananıza?

- Bu insanlar necə insan idi, anlamıram, Faiq bəy. Köhnə torpağın insanları bir başqa olur. Və onlar kimi insanlar bir daha dünyaya gəlməz. Mənim anam da heç bir zaman Gülsüm ananı qısqanmadı. Gülsüm ana da bu istiqamətdə mənə heç bir şey söyləmədi. Yalnız, "atana yaxşı baxdımı, - soruşdu. - Ona hörmət edirəm, - dedi, - o mənim əmanətimin xidmətindədir, çayını-çörəyini verib", - dedi. Kaş imkan olaydı 2 anamla birlikdə görüşə biləydim. Tanış olardılar. İkisi də bunu həqiqətən çox istəyirdi. Amma həyat, əcəl imkan vermədi…

- Məlahət xanım Azərbaycan türkü idimi?

- Məlahət xanım Azərbaycan türklərindən deyil, ankaralı bir xanımdı. Atam Türk Hava Yollarında kapitan pilot olaraq işlədiyi vaxt mənim anam Türkiyədəki ilk qadın hostes olaraq çalışırdı. Orada tanış olub, evləniblər.

İRAN ZİNDANI

- Atanızın "501 nömrəli hücrə" filmini seyr etdinizmi?

- Əlbəttə, baxmışam. Mən o vaxt balaca bir uşaqdım. Film çəkildiyi zaman bütün Türkiyədə göstərildi. Məmurlar, sənətçilər, hərbçilər hamısı böyük alqışlarla izlədilər filmi.

Çox böyük qalmaqal oldu Türkiyədə o filmə görə. Kommunistlər çatladı, milliyyətçilər isə sevindi, qürurlandı. Kino salonunda "qəhr olsun kommunizm!" deyə qışqırırdı gənclər . Filmin adının "501 nömrəli hücrə" qoyulmasının səbəbi nə idi? Atam 2 yoldaşı ilə birlikdə təyyarə ilə Türkiyəyə qaçarkən Rus zenitləri tərəfindən atəşə tutulur və mühərrikin biri sıradan çıxır. Onlar İran torpağına düşürlər. İran əsgərləri onları tutub zindana salırlar və kamera 501 nömrəli olur.

"AZADLIQ" RADİOSUNDA ÇALIŞDI

- Bəs təqaüdə çıxdıqdan sonar atelyeni necə işlədirdi?

- Emalatxana çox sonralar işləməyə başladı. Yəni 1970-ci illərdən sonra. Amma bu zamana qədər Türk Hava Yollarında təyyarə kapitanı olmuşdu, sonra ayrıldı xidmətdən. Almaniya və Amerikaya getdi. Buralarda "Azadlıq" radiosunda "Azərbaycanın səsi" adlı gündəlik verilişi apardı. 4 il işlədi. Daha sonralar Türkiyədə bir xüsusi hava məktəbi açdı. Londondan özünə üç təyyarə aldı. İki dənə bir motorlu və bir dənə 2 motorlu təyyarə ilə tələbələrinə təlim keçdi. Həm yükdaşıma ili məşğul idi, həm də tələbə yetişdirirdi. Bu söylədiyim 1954-55-ci illərdən sonra olub.

Amma bəxti heç gətirmədi. Təyyarələrdən biri Konyada enərkən qəzaya uğradı (başqa bir pilot idi), o biri təyyarə Antalyada yağış və sel suları içində qalıb xarab oldu. İki motorlu sonuncu təyyarə ilə özü İstanbul Mərmərə dənizinə düşdü. Necə düşdü, necə xilas oldu, bu da ayrı bir hekayədir.

KQB HƏR AN İZLƏYİRMİŞ

- Bəs onun KQB-dən çəkindiyi, ehtiyat etdiyi vaxt olurdumu?

- İranda ikən KQB-dən və ruslardan çəkinirmiş. Çünki yoldaşlarından biri Tehranda KQB tərəfindən öldürülmüşdü. Adı Cəlal olub o yoldaşının. Atam deyirdi ki, Cəlal fiziki cəhətdən çox güclü, qüvvətli bir adam idi. O zaman onu bir yerdə tək yaxalamışdılar və tutub aparmaq istəmişdilər. Amma Cəlal çox qüvvətli olduğundan bir elektrik dirəyinə sarılıb qalıb. Onu dirəkdən ayıra bilməyiblər. Axırda onu dirəkdən qopara bilmədiklərini görüb, yerindəcə güllələmişdilər.

- Bəs o biri kim olub?

- O biri yoldaşının adı Həsən Zeynallı olub. O da atamla birlikdə pilot imiş. Atam Türkiyəyə gəldikdən sonra qısa bir müddət KQB və ruslardan ehtiyat etsə də, sonra mənim vəzifəm kommunizmin iç üzünü Türkiyə və bütün dünyaya tanıtmaqdır, deyərək, konfranslar keçirtdi, universitetlərdə tələbələrlə görüşdü. Qəzetlərdə yazılar yazdı. Bunları edərkən heç qorxmadı və çəkinmədi.

- Türkiyədə bir yerdəmi çalışdılar Həsən Zeynallı ilə?

- Atam Türkiyəyə gələndə Türk Hava Yollarında pilot olaraq işə başladı. Həsən Zeynallı da pilot olaraq çalışdı, amma Türk Hava Yolları deyil, Türkkuşu Uçuş Məktəbində.

- Onun Azərbaycanda kimləri var?

- Mən onu uşaqlığımdan xatırlayıram. Amma məndə heç fotosu da yoxdur. O ruslardan və KQB-dən daha çox ehtiyat edərdi, deyirdi atam.

Salam və hörmətlə...

P.S. SSRİ-nin ən əzəmətli çağında – 1973-cü ildə Türkiyədə Zeynəb Xanlarovanın qiyabi şəkildə edam cızasına məhkum edilmiş "vətən xaini", kommunizm düşməni Məmməd Məmmədovla necə görüşdüyü təəccüb doğurmaya bilməz. Bunun nə boyda risk olduğunu deməyə gərək yoxdur. Bu risk və həmin görüş haqda fikirlərini öyrənmək üçün ünlü Xalq artistimiz ilə əlaqə yaratmağa, xatirələrini öyrənməyə çalışırıq.

Tarix
2014.06.13 / 14:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla