Uşaq oxumağa başlayıb: valideyn nə
etməlidir?
Artıq övladınız bütün hərfləri tanıyır və yeni kitabın adını
oxuya bilir (axı kitabın adı böyük hərflərlə yazılır).
Artıq özünüz də müşahidə edirsiniz ki, balacanız küçədəki reklam
və tablolara tamam başqa nəzərlərlə baxır, təsadüfən və
gözlənilmədən hansısa sözü oxuya bilməsi özünə də təəccüblü gəlir.
Beləliklə, körpə artıq oxumağa başlayıb. Bu, valideyn üçün olduqca
sevincli, lakin həm də bir qədər həssas anlardır. Nədənsə, bəzi
valideynlərə elə gəlir ki, artıq onunçün oxumağa gərək yoxdur. Belə
münasibət uşağın oxumağa qarşı marağını öldürə bilər: axı hər şey
belə tez başlayacaqdısa oxumağı öyrənmək nəyə lazım idi?
Əldə edilmiş bacarığı möhkəmləndirmək və inkişaf etdirmək –
tamam başqa söhbətin mövzusudur. Bu məsələ göründüyü qədər də sadə
deyil və onu adi təsirlə həll etək olmaz. Hələ ki yalnız valideyn
mütaliəsi ilə kifayətlənək.
Əlifbanı öyrənən kimi körpə üçün oxumağa xitam vermək ən zərərli
valideyn miflərindən biridir. Bir özünüz fikir verin: beş yaşlı
uşaq üçün nə oxuyursunuz, axı bunlar yalnız qısa nağıl və
hekayələrdən ibarət deyil. Ən azından dörd, dörd yaş yarımından
böyük nağıllara keçmisiniz. Artıq kitablar qalınlaşıb, personajlar
artıb, süjet və dil nisbətən mürəkkəbləşib. Bəzən bir kitabı bir,
hətta iki-üç həftəyə başa vurursunuz. Heç bilirsinizmi ki, bununla
uşağın həm də yaddaşını formalaşdırır və inkişaf
etdirirsiniz?!!
Uşaq bu həcmdə və belə bir mürəkkəblikdə kitabın öhdəsindən nə
zaman özü müstəqil gələ biləcək? Ən yaxşı halda iki ildən sonra. O
özü qısa, dili sadə mətnlərdən başlayacaq. Belə mətnlər məzmun və
nitq nöqteyi-nəzərindən onunçün artıq keçilmiş yoldur. Deməli,
övladlarınız üçün oxumağı dayandırmaqla onu məcburi geriləməyə
məhkum edirsinz. Uşağın qarşılaşacağı mədəni informasiya və mədəni
təəssürat axını bəsitləşəcək və onun psixoloji imkanlarının
səviyyəsiə cavab verməyəcək.
Psixoloq L.S.Vıqotski psixologiyaya "aktual inkişaf zonası" və
"yaxın inkişaf zonası" anlayışlarını daxil edib. Aktual imkişaf
zonası hazırkı mərhələdə uşağın əldə etdiyi nailiyyətlərlə ölçülür.
Bu, artıq onun öyrəndikləri və artıq sərbəst edə bildikləridir.
Yaxın inkişaf zonasında isə - uşaq müstəqil edə bilmək iqtidarında
deyil, ancaq valideynlərinin və böyükllərin köməyi ilə edə bilər.
Yaxın inkişaf zonasında gələcək nailiyyətlərin vektoru əks
olunur.
Uşağın hələ özünün sərbəst oxumağa "gücü çatmadığı" nisbətən
mürəkkəb kitabların ucadan oxunması körpə və valideynin yaxın
inkişaf zonasındakı birgə fəaliyyətidir. Bu, gələcəyə doğru
yönlənmiş perspektivdir: "Bax, belə kitabları sən tezliklə özün
oxuya biləcəksən. Gör, necə maraqlıdır!"
Ancaq bu, məsələnin, necə deyərlər, metodik tərəfidir. Bundan
heç də az əhəmiyyətli olmayan bir aspekt də var – ÜNSİYYƏT! Ucadan
oxumaq – uşaqla ünsiyyətin, həm də onun bütövlükdə dünyagörüşünə
təsir edə biləcək ünsiyyətin nadir formasıdır.
Və məhz bu məqamı sağlam valideyn praqmatizmi göydə tutur: Kitab,
sadəcə, birgə zövq almaq üçün müəyyən olunmuş predmet deyil, həm də
sevgi, ölüm, paxıllıq, əzablar və ayrılıqlar kimi mürəkkəb
mövzuları bölüşməyin əvəzolunmaz vasitəsidir.
Başqa sözlə, hərə əlində öz kitabını götürüb ayrıca kreslolarda
sərbəst və yanaşı mütaliə edənəcən uşağınıza ucadan oxumalısınız.
Ancaq düzünü desək, belə bir an gəlməyə də bilər. Bəzən elə olur
ki, oxuyan, mütaliə edən valideynlərin uşaqları kitaba yaxın
gəlmirlər. Nə üçün – bu, yenə ayrıca məsələdir. Qoy olsun! Əgər
uşaq özü oxumursa və sizin onunçün oxumasına da etiraz etmirsə,
oxumaq lazımdır.
Yadda saxlayın: Uşaqlarınıza oxuya bildikləriniz gələcəkdə onun
üçün mədəni bünövrə rolunu oynayacaq.