Yuxarı

Manat ikivalyutalı səbətə keçdi – Rəy

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manat ikivalyutalı səbətə keçdi – Rəy

"Manatın məzənnəsinin yalnız dollara kross-kurs olmasından imtina etməklə iki valyutalı səbət mexanizmindən istifadə edərək müəyyənləşdirilməsini hətta neftin dünya bazarında qiymətinin yüksək olduğu zamanda təklif etmişdik".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirməsi qərarına münasibət bildirərkən deyib.

İqtisadçı iki valyutalı səbət mexanizminə keçidin olduqca vacib və önəmli olduğunu bildirib:

"Yalnız dollara nisbətən birbaşa məzənnə manatın real məzənnəsinin müəyyənləşdirilməsinə imkan vermirdi. Artıq manatın birbaşa məzənnəsinin yalnız dollara deyil, həm də avroya nisbətən müəyyənləşdirilməsi o deməkdir ki, Avrozonada baş verən dəyişikliklərə manat birbaşa məzənnə ilə reaksiya verə biləcək. Nəzərə alsaq ki, əvvəllər manatın məzənnəsini müəyyənləşdirən zaman, məsələn, əgər avronun dollara nisbətən məzənnəsi 5 faiz möhkəmlənirdisə, avtomatik olaraq avronun manata nisbətən məzənnəsi 5 faiz möhkəmlənirdi və s.. Praktik olaraq dünya bazarında bu tendensiya tamamilə fərqlidir. Məsələn, avronun dollara nisbətən azaldığı dövrdə onun başqa bir valyutaya nisbətən məzənnəsində artım qeydə alınır. Bu, avronun həmin valyutalara birbaşa məzənnəsi ilə müəyyənləşdirilir. Ona görə də Azərbaycanda da birbaşa məzənnənin hər iki valyuta ilə müəyyənləşdirilməsinə və bu səbətdən istifadəyə ehtiyac var. Valyuta səbətindən istifadə edilməsi heç də manatın dəyərdən düşməsi anlamına gəlməməlidir".

V.Bayramov səbət valyutasınının üstünlüklərini də vurğulayıb:

"Manatın avroya nisbətən daha real məzənnəsinin müəyyənləşdirilməsi Azərbaycan məhsullarının Avrozonaya ixrac imkanlarını artıracaq. 2014-2018-ci illərdə regionların sosial iqtisadi yekunlarına həsr olunmuş konfransda ölkə başçısı manatın məzənnəsinin avroya nisbətən kəskin möhkəmlənməsinin ölkənin ixrac qabiliyyətinə mənfi təsir göstərdiyini bildirmişdi. Çünki cənab prezident o zaman kifayət qədər innovatik və əhəmiyyətli təklif irəli sürərək manatın məzənnəsinin müəyyənləşməsində avronu nəzərə almağı tapşırmışdı. Əslində, MB ölkə başçısının tapşırığına uyğun olaraq səbət prinsipini tətbiq edib. Çox güman ki, bu, Azərbaycanın ixrac qabiliyyətini artıracaq".

İqtisadçı dolların yenə öz üstünlüyünü qoruyub saxlayacağı qənaətindədir:

"Təxminən səbətin 70 faizə yaxını dollarla ifadə olunacaq. Bu, ona görədir ki, Azərbaycanın valyuta ehtiyatlarının dollarla faizi çoxdur, eyni zamanda, dünyada yığımların 65 faizi ABŞ dollarının payına düşür. Ancaq artıq səbətə avro da daxil edilib. Bu, manatın avroya nisbətən birbaşa məzənnəsini müəyyənləşdirməyə imkan verəcək. Bu isə özlüyündə Azərbaycanın qeyri-neft sektorunun ixracatının genişləndirilməsi baxımından olduqca vacibdir".

Tarix
2015.02.16 / 14:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

İlham Əliyev Finlandiya liderinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla