Yuxarı

ARB bu verilişə görə sərt tənqid edildi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARB bu verilişə görə sərt tənqid edildi

Ötən gün Tovuzda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində 2 şəhid verdiyimiz ərəfədə ARB kanalında əyləncəli verilişin yayımlanması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə bir zamanda kanalda “Hüseynova bacıları” adlı verilişin yayımlanması və qonaqların oxuyaraq rəqs etməsi sərt tənqid edilib.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, sözügedən verilişin gedişində kanalın proqram cədvəli dəyişdirilib:

“Dünəndən kanalın yayım cədvəlinə dəyişiklik edilib. Allah şəhidlərimizə rəhmət eləsin! Başımız sağ olsun”.

Qeyd edək ki, ötən gün günorta saatlarından ermənilər Tovuzun Ağdam kəndi istiqamətində mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda 3 şəhidimiz və 4 yaralı əsgərimiz var.

AzTV ötən gün konsert proqramını dərhal ləğv etmişdi.

Tarix
2020.07.13 / 13:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla