Yuxarı

Tacir: “Qardaşı öldü, saqqalını qırxdı, toya getdi”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tacir: “Qardaşı öldü, saqqalını qırxdı, toya getdi”

Hər yerdə irad tutdular ki, saqqal saxlamadın, toya getdin.

Axar.az xəbər verir ki, bunu qardaşı dənizdə bataraq ölən sənətçi Tacir Şahmalıoğlu deyib.

İfaçının "5/5" verilişində çıxış etdiyini yazan axşam.az-ın məlumatına görə, ifaçı 40 gün yas saxlayıb:

"Bu 40 gündə toya getmədim, dəvət də olunmurdum. İnsanlar fikirləşirdi ki, getməyəcəm. İndi hamı məni qınayırdı ki, qardaşı öldü, saqqalını qırxdı, toya getdi.

Onun sözlərinə görə, atası avtomobil qəzası keçirib, ağır xəsarət alanda da toylara dəvət alıb:

"Həmin vaxt da getmədim. Atam bunu eşitdi, məni çağırdı ki, sən kefindən toya getmirsən. Pul qazanırsan, ailəni saxlayırsan. Mən öləndən 1 həftə sonra üzünü qırxdırıb, toya getməsən, sənə haqqımı halal etməyəcəm. Qardaşım atamdan artıq deyil ki... Düzdür, qardaş dərdi də böyükdür. O, dünyasını dəyişəndə şok keçirdim.

Saqqal qırxmaqla dərdi unutmurlar. İndi qardaşımın iki övladı qalıb. Onlara mən baxacam".

Qeyd edək ki, iyulun 31-i Tacirin qardaşı Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36 yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində qoruyucu olmayıb.

Tarix
2015.09.23 / 18:32
Müəllif
Nigar An
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla