Yuxarı

Dilçi alimin dillə bağlı yazısı tənqid edildi – Həmkarı nələr dedi?

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi”nin yaradılması barədə Fərman imzalamasından sonra ana dili məsələsi bir daha aktuallaşıb. Bu barədə bir sıra ekspertlərin məqalələri də dərc olunub. Lakin bəzi dilçi alimlərin yazılarında yol verdiyi səhvlər ictimaiyyət arasında kəskin tənqid hədəfinə çevrilib.

Mövzu çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədovun (Göytürk) Kult.az-a müsahibəsini təqdim edirik:

- Şahlar bəy, hər hansı bir dilçi alimin yazısında səhvə yol verməsi nə dərəcədə düzgündür?

- Təəssüf ki, dillə bağlı yazılarda, müsahibələrdə də yanlışlığa yol verilir, bəzi hallarda ədəbi dil normalarına riayət edilmir. Monitorinq şöbəsi davamlı olaraq “Saytların dil mənzərəsi” mövzusunda silsilə tədbirlər keçirir. Apardığımız monitorinqlərin nəticələrini mətbuata açıqlayırıq. Monitorinqin nəticələrini sayt rəhbərləri ilə birgə müzakirə edir, maarifləndirmə işi aparır və öz təkliflərimizi veririk.

Əlbəttə, saytlarda yol verilən dil xətalarını ümumən savadsızlıqla bağlamaq doğru deyil. Təəccüblü hal o zaman olur ki, hansısa dilçi ekspert də yazıda buraxdığı səhvləri görə bilmir.

Bəzən oxuyanda düşünürsən ki, görəsən, müəllif bu fikirlə nə demək istəyir? Bu cür qələm sahibləri hansı formada dilin keşiyində dayana, dilin saflığını qoruya bilərlər?

- Son vaxtlar başqa sahənin mütəxəssisləri dilçilik məsələləri haqda daha çox danışırlar. Buna münasibətiniz necədir?

- Çox gözəl! Amma bir çoxunun bu sahədə bilgiləri yetərli olmadığı üçün çox vaxt obyektivliyi qoruya bilmirlər. Doğru bildiyi fikirləri özlərinin “kəşfi” kimi qiymətləndirirlər. Dilçilərimizin nə vaxtsa yazdığı fikirləri dolayısı ilə dilçilərimizə qaytarırlar. Bu da məlumatsızlıqdan qaynaqlanır.

- Şahlar müəllim, sosial şəbəkə istifadəçilərindən bəziləri dilçi alimin saytlarda yayımlanmış yazısını tənqid edib. Xüsusən, yazıdakı “Dilçilik İnstitutu: Monitorinqlər zamanı materiallarda etik normaların diqqətdə saxlanılması məqsədəuyğundur”, yaxud “Monitorinqin nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır” cümlələri müzakirəyə çıxarılıb...

- Söhbət dil faktlarından gedirsə, deyilən iradları mən də qəbul edirəm. Sayt başlığına bu cür anlaşılmaz fikirlərin çıxarılmasını düzgün saymıram. Monitorinqin nəticələri dilin saflığına, ədəbi dil normalarının qorunmasına xidmət etməlidir. Monitorinqi zövq aşılamaq üçün keçirmirlər.

- Bəs “çoxçeşidli” ifadəsi necə, doğrudurmu?

- “Çoxçeşidli” sözü 2013-cü ilin Orfoqrafiya lüğətində verilib. Buna görə dilçi alimi günahlandırmaq olmaz. Görünür, istifadəçi “çeşidli” sözünə “çox” sözünün əlavəsini yersiz hesab edib.

Ümumiyyətlə, son illər bu cür praktik suallar Monitorinq şöbəsinə tez-tez ünvanlanır. Keçən il, səhv etmirəmsə, “Hürriyyət” qəzetinin əməkdaşı bir professorun “Dil xalqın malıdır” fikrinə kəskin etirazını bildirmişdi. Jurnalist haqlı idi, cümlə “dil xalqın sərvətidir, mənəvi varlığıdır” şəklində qurulsaydı, daha dəqiq olardı.

Əlbəttə, yazıda daha diqqətli olmalıyıq. Heç kim dil qüsurlarından sığortalanmayıb. Bu cür müzakirələr həm dilimizin, həm də cəmiyyətimizin inkişaf göstəricisidir. Sevindirici haldır ki, sosial şəbəkələrdə də dil məsələsinə həssaslıq, sevgi artıb. Dil sevgisi aşılayan statusların, məqalələrin sayında və keyfiyyətində ciddi dönüş yaranıb.

- Alınma terminlər məsələsinə fikrinizi bilmək istərdik.

- Monitorinq şöbəsinin “Qaynar xətt”inə ünvanlanan sualların bir çoxu alınma terminlərlə bağlıdır. Təəssüf ki, bu məsələdə istər dilçi alimlərimiz, istərsə də digər sahənin mənsubları arasında fikir ayrılığı mövcuddur.

Bəziləri alınma sözləri dilin inkişafında başlıca amil, “şərəf məsələsi”, bəziləri isə bunu “dilin məğlubiyyəti” kimi izah etməyə çalışır. Bu cür yanaşmaları doğru saymırıq. Alınma terminlər “dilin məğlubiyyəti” olmadığı kimi, dilin inkişafında da başlıca amil ola bilməz.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi o vaxt üçün alınma sözlərin dilimizə gəlişini təqdir etməkdə haqlı idi. Bu o zaman idi ki, dilin alınma sözlərə ehtiyacı var idi. O vaxtdan bu günə vəziyyət xeyli dəyişib, dil artıq alınma sözlərdən “doyub”.

Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin bu yaxınlarda Ağdam Muğam Mərkəzinin açılışında dilimizin saflığı ilə bağlı söylədiyi tarixi çıxış olduqca əhəmiyyətlidir.

Tarix
2018.11.28 / 10:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla