Yuxarı

Xalq artisti Parisdə ilk dəfə konsert verəcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti Parisdə ilk dəfə konsert verəcək

Parisdə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcəyimə görə həyəcanlıyam, amma inanıram ki, konsert uğurlu keçəcək və musiqisevərlərin ürəyincə olacaq.

Kult.az xəbər verir ki, bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli azərbaycanlı tenor, xalq artisti Yusif Eyvazov mətbuat konfransında deyib.

Mətbuat konfransında Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev azərbaycanlı tenor haqqında məlumat verib.

Jurnalistlər Yusif Eyvazova Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı suallar ünvanlayıb.

Azərbaycanın qədim musiqi ənənəsi olduğunu vurğulayan Y.Eyvazov ölkəmizin qədim musiqi mədəniyyəti və müasir bəstəkarlıq məktəbi haqqında geniş məlumat verib. Dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, eləcə də tanınmış opera ifaçıları Bülbül, Lütfiyar İmanovdan danışıb və onların musiqi mədəniyyəti tariximizdəki rolunu qeyd edib. Bildirib ki, ölkəmizdə klassik musiqi sahəsində olduğu kimi, opera sahəsində də tarixi ənənələr qorunur.

Eyni zamanda, ölkəmizdə mədəniyyət nümayəndələrinə, xüsusilə də musiqi ifaçılarına xüsusi qayğı göstərildiyini bildirərək, Heydər Əliyev Fondunun bu sahədə fəaliyyətindən söz açıb. Qeyd edib ki, Fond digər humanitar sahələrlə bərabər, gənc musiqiçilərə, xüsusilə də onların xaricdə təhsil almasına, festivallarda iştirakına dəstək verir.

Azərbaycanlı tenor dünyanın müxtəlif ölkələrində nəzərdə tutulan konsertləri, beynəlxalq musiqi turları haqqında məlumat verib.

Jurnalistlər mətbuat konfransının təşkilinə və dünya şöhrətli tenorla birbaşa ünsiyyət yaratdığına görə Fransadakı səfirliyimizə təşəkkür ediblər.

Qeyd edək ki, fevralın 7-də Yusif Eyvazovun Paris Operasının Qavo (Gaveau) konsert zalında solo konserti olacaq.

Tarix
2019.02.06 / 23:59
Müəllif
Kult.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla