Yuxarı

“Sənə qurban” mahnısı erməniləşdirilir... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Sənə qurban” mahnısı həm maraqlı inkişaf yolu keçib, həm də müxtəlif əcnəbi dillərə uyğunlaşdırılaraq ifa edilib. İlk dəfə Zeynəb Xanlarovanın repertuarında yer alaraq sovet ölkələrində və dünyada tanınan mahnı təəssüf ki, bu gün daha çox erməni dilində təbliğ olunur.

Kult.az xəbər verir ki, 1968-ci ildə yazılan mahnı elə həmin ildə də Zeynəb Xanlarovanın repertuarına daxil olub. Ardınca qastrol səfərlərinə çıxan Xalq artisti Türkiyədə, Yaxın Şərqdə, o cümlədən Suriyanın Hələb şəhərində verilən konsertlər zamanı bu mahnını ifa edib.

Bir müddət sonra - 1971-ci ildə livanlı aktrisa TourabTiki tiki tak” adı ilə ərəb dilində oxuyur. Bundan sonra mahnının əhatə dairəsi daha da genişlənir. 1973-cü ildə “erməni soyqırımı”ndan sağ çıxanların oğlu kimi tanınan, Livanda doğulan erməni əsilli müğənni Adiss Harmandiyan mahnını ermənicə oxuyur. Adiss Harmandiyan (əsl adı Avedis Harmandiyan) 1945-ci ildə Livanda dünyaya gəlib. Musiqi kariyerasına 1960-cı ildə başlayan Harmandiyan erməni diasporunda qısa müddətdə papulyarlıq qazanıb. Onun yaradıcılığı həm Livanda, həm də qlobal erməni diasporunda erməni kimliyinin formalaşmasında xüsusi rol oynayıb. Elə bunun nəticəsidir ki, Livan vətəndaşı olan müğənni Ermənistanın çoxsaylı mükafatlarını alır.

1974-cü ildə mahnı “Mavi boncuq” adı ilə Necati Dindaş, Emel Sayın kimi müğənnilərin ifasında türk dilində, 1975-ci ildə Suriyalı sənətçi Duraid LahhamFatoum Fatoumeh”, 1977-ci ildə yunan müğənni Filippos NikolaouPare pare pare me” adı ilə yunanca ifa edir. Yunan müğənninin mahnıya ermənicə - “Karoun karoun” deyərək giriş etməsi də daha bir diqqətçəkən məqamdır.

Təəssüf ki, mahnının orijinal nüsxəsinin azərbaycanca olduğu bütün mənbələrdə vurğulanmasına baxmayaraq, erməni diasporunun və lobbisinin səyləri nəticəsində musiqi əsəri bu gün “erməni bəstəsi” kimi təbliğ olunur. Adını İspaniyanın Əndəlüs şəhərindən götürən “Əl-Andalus ansamblı, misirli müğənni Ömər Xurşid oriental rəqs kimi erməni adı ilə , o cümlədən məşhur livanlı müğənni Nansi Ajram televiziya verilişlərinin birində mahnını ermənicə ifa edir.

Təəssüfləndirici daha bir məqam isə hər nə qədər mahnının təqdimatında Azərbaycan musiqisinə aid olduğu bildirilsə də, bəziləri bunu “erməni mahnısı “Karoun karoun”, o cümlədən uşaqlar üçün yazılmış mahnılar silsiləsinə aid edir.

Tarix
2024.06.04 / 13:25
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla