Yuxarı

Şok: Putin Xerson və Zaporojyeni Ukraynaya geri verə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Putin Xerson və Zaporojyeni Ukraynaya geri verə bilər

Rusiya Donetsk vilayətinə nəzarət etmək istəyir. Eyni zamanda, bəzi sızmalar Rusiyanın Xerson və Zaporojye vilayətlərində güzəştlərə gedə biləcəyinə dair ehtimalları göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məqalədə vurğulanır ki, Putinin bu istəyinin səbəbi 2014-cü ildən bəri Ukraynanın Donetsk vilayətində güclü möhkəmləndirilmiş şəhərlər, qəsəbələr və müdafiə istehkamlarından ibarət 50 kilometrlik istehkam zolağı yaratmasıdır. İllərlə davam edən cəhdlərə baxmayaraq, ruslar bu xətti yara bilməyiblər.

Müharibənin Araşdırma İnstitutuna istinadən jurnalistlər qeyd edirlər ki, mövcud tendensiya davam edərsə, rusların bu müdafiəni yarması üçün bir neçə il lazım olacaq. Buna görə də Putin Tramp ilə danışıqlar vasitəsilə döyüş meydanında əldə edə bilmədiyini qazanmağa çalışır.

“Əgər Putin danışıqlar yolu ilə bütün Donetsk vilayətinə nəzarəti ələ keçirə bilsə, bu, Rusiyanın Xarkov və Dnepropetrovsk vilayətlərinə hücum mövqeyini gücləndirəcək. Bu halda Ukrayna isə xüsusən əlverişsiz bölgələrdə təcili olaraq yeni müdafiə xətləri qurmaq məcburiyyətində qalacaq”, - nəşr qeyd edib.

Tarix
2025.08.16 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla