Yuxarı

Putinin Çin səfərindən sonra özünəinamı artdı - Tayms

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Çin səfərindən sonra özünəinamı artdı - Tayms

Rusiya Prezidenti Vladimir Putin Çindən qayıtdıqdan sonra Ukraynaya qarşı müharibənin yeni mərhələsinə başlayıb. Moskva bu yaxınlarda işğalın başlanğıcından bəri ən böyük hava hücumunu həyata keçirdi.

Axar.az xəbər verir ki, bu barədə "Tayms"da yayımlanan məqalədə deyilir.

“Putin heç vaxt özünə inamsızlıqdan əziyyət çəkməsə də, Pekindən qayıtdıqdan sonra onun özünəinamı nəzərəçarpacaq dərəcədə artıb”, - məqalədə deyilir.

Müəlliflər xatırladıblar ki, Pekində Putin Si Szinpin və Şimali Koreya diktatoru Kim Çen İnin müşayiəti ilə irimiqyaslı hərbi parada baxıb. Və bu, Soyuq müharibə başlayandan bəri bu üç ölkənin liderlərinin ilk dəfə bir araya gəlməsi idi.

Nəşr qeyd edib ki, KXDR-dən fərqli olaraq, Çin öz qoşunlarını müharibəyə göndərməyib. Lakin Pekin Moskvaya diplomatik dəstək verdi və Rusiyaya qarşı Qərbin sanksiyalarına tabe olmadı. Və ötən həftə Kreml Çinlə “Sibir gücü 2” qaz kəmərinin tikintisinə dair ilkin razılaşmanı elan edib.

"Cümə günü Şərqin və ya Qərbin gələcəkdə qlobal üstünlüyə malik olacağı sualına Putin deyib ki, dünya "çoxqütblü" olacaq, yəni ayrı-ayrı təsir sferalarına bölünəcək. Bu, çoxdan Kremlin məqsədi olub. Prezident Trampın ikinci müddətinin ilk aylarından fərqli olaraq, Kreml hətta sülh sazişində maraqlı olduğunu iddia etmir", - deyə bildirilib.

Tarix
2025.09.09 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla