Xərçəng hüceyrələrini məhv edən meyvə...
02:01
| Ana səhifə Planet |
|
Rusiya kəşfiyyatının məlumatına görə, ruslar energetika infrastrukturuna qarşı növbəti kütləvi zərbələrə hazırlaşırlar. Hava hücumundan müdafiə (HHM) sistemləri düzgün şəkildə qurulmalıdır. Rusiya hücumları, belə demək mümkünsə, daim “inkişaf” edir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Təəssüf ki, bunlar xüsusi müdafiə və tərəfdaşlardan müvafiq dəstək tələb edən kombinə edilmiş zərbələrdir”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, HHM üçün raketlərin çatdırılmasında hər hansı gecikmə və ya ləngimə zərbələrin vurduğu ziyanın artmasına səbəb olur:
“Bizim Münhendə tərəfdaşlarla danışdıqlarımızın hamısı operativ şəkildə həyata keçirilməlidir. Tərəfdaşların susmaması vacibdir”.
|
Tarix
2026.02.17 / 01:20
|
Müəllif
Axar.az
|