Yuxarı

Ukraynada keçmiş nazir həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada keçmiş nazir həbs edildi

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş energetika naziri German Qaluşenkonu həbs edib.

Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.

Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Qaluşenko "Enerqoatom" şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur. Bildirilib ki, Qaluşenkonu 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

Fevralın 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosu keçmiş nazirin Ukraynanı tərk etməyə cəhd edərkən saxlanıldığını açıqlamışdı.

Tarix
2026.02.18 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla