Yuxarı

İsveç Ukraynaya 1,2 milyard avroluq hərbi yardım ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç Ukraynaya 1,2 milyard avroluq hərbi yardım ayırdı

İsveç Ukraynaya 12,9 milyard kron (1,2 milyard avro) məbləğində hərbi yardım paketi təqdim edəcək. Paketə xüsusilə də “Tridon Mk2” zenit qurğusu daxil ediləcək.

Axar.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.

“İsveç həm kəmiyyət, həm də keyfiyyət baxımından Ukraynaya ən böyük dəstək verən ölkələrdən biridir. Ukraynaya təqdim etdiyimiz İsveç sistemləri döyüş meydanında özünü çox yaxşı göstərib”, – deyə o söyləyib.

Müdafiə naziri əlavə edib ki, 4,3 milyard kron (404 milyon avro) məbləğində paketin birinci hissəsi Ukrayna hərbçilərinə Rusiyanın pilotsuz uçuş aparatlarından müdafiə olunmaq üçün silah sistemlərinin alınmasını və təhvil verilməsini nəzərdə tutur. Söhbət “Tridon” hava hücumundan müdafiə sistemindən, həmçinin HHM üçün nəzərdə tutulmuş raketlərdən və düşmənin dronlarını aşkar edərək neytrallaşdıracaq dronlardan gedir. Bütün sistemlər nəqliyyat vasitələrinə quraşdırılmalıdır.

5,6 milyard kron (528 milyon avro) Ukrayna tərəfindən uzaqmənzilli raketlərin, həm hava, həm də dəniz pilotsuz aparatlarının hazırlanması və istehsalının maliyyələşdirilməsinə yönəldiləcək.

3 milyard kron (282 milyon avro) İsveç Silahlı Qüvvələrinin arsenalında olan qumbaraatanlara, artilleriya sursatlarının alınmasına, ehtiyat hissələrinə və Ukraynanın şəxsi heyətinin hazırlanmasına sərf olunacaq.

Qeyd edək ki, “Tridon Mk2” əsasən pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə və aşağı hündürlükdə uçan hava hədəflərinə qarşı mübarizə üçün nəzərdə tutulmuş yaxın radiuslu mobil hava hücumundan müdafiə sistemidir.

Tarix
2026.02.19 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla