Yuxarı

Rusiya çözə bilmir: Müəmmalı təyyarədə kim olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya çözə bilmir: Müəmmalı təyyarədə kim olub?

Xəbər verdiyimiz kimi, ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisinə keçib. Təyyarə 20 fevral səhəri Murmansk vilayəti üzərində müşahidə olunub. Uçuşun təfərrüatı barədə rəsmi açıqlama verilməyib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, müəmmalı təyyarənin Rusiya sərhədlərini pozması ölkədə geniş müzakirə olunur. Hərbi ekspert Yuri Knutov təyyarənin "qeyri-adi yük" daşıya biləcəyini irəli sürsə də, bəzi media orqanları Özbəkistan prezidenti Şövkət Mirziyayevin təyyarədə olduğunu bildiriblər.

Təyyarə Rusiyanın dörd bölgəsi üzərindən uçub.

“Flightradar” məlumatlarına görə, “Boinq 787-8” təyyarəsi Vaşinqton şəhəri yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıb. O, Murmansk, Arxangelsk və Kirov vilayətləri, eləcə də Başqırdıstan Respublikası üzərindən uçub. Daha sonra Rusiya sərhədini keçərək Qazaxıstan, sonra Özbəkistan hava məkanına daxil olub. Uçuş izləmə xidməti ekipaj barədə məlumat verməyib.

Bu barədə danışan hərbi ekspert Yuri Knutov Vaşinqton və Astana arasında artan hərbi əməkdaşlıq fonunda təyyarənin Qazaxıstana yük daşıya biləcəyini iddia edib. O, hesab edir ki, bu halda Rusiya uçuşa icazə verə bilərdi.

Knutov təyyarənin "100 faiz qeyri-adi yük" daşıdığını vurğulayıb, lakin onun nə ola biləcəyini dəqiqləşdirməyib.

Ekspert əlavə edib ki, uçuş icazəsiz olsaydı, Rusiya dərhal reaksiya verərdi.

Tarix
2026.02.20 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla