Yuxarı

Qafqazla bağlı görüşlər Cenevrədə keçirilməsin - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazla bağlı görüşlər Cenevrədə keçirilməsin - Rusiya

Rusiya Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı beynəlxalq müzakirələrin davam etdirilməsinin tərəfdarıdır, lakin bunun üçün bütün tərəfləri qane edən platforma lazımdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə bildirib.

O bildirib ki, Rusiya üçün həm formatın özü, həm də onun davamı çox vacibdir: "Ancaq bütün tərəfləri qane edəcək məkan lazımdır. Hələlik belə bir yer yoxdur və biz Cenevrəyə gedirik".

Qaluzinin sözlərinə görə, Moskva müzakirələrin İsveçrədən neytral ölkəyə köçürülməsində israr edir:

“İsveçrə təəssüf ki, öz neytrallıq prinsipindən uzaqlaşıb və Ukrayna böhranı kontekstində Kiyevi dəstəkləyib. Buna görə də onu danışıqlar üçün münasib məkan hesab etmək çətindir”.

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə beynəlxalq müzakirələr 2008-ci ildən bəri Cenevrədə Gürcüstan, Rusiya və ABŞ-ın iştirakı ilə və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə keçirilir.

Tarix
2026.02.22 / 10:18
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla