Yuxarı

Almaniyadan İsrail və Livandakı vətəndaşlarına xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyadan İsrail və Livandakı vətəndaşlarına xəbərdarlıq

Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın İrana mümkün hücumu və bunun İsrailə, eləcə də regionun digər ölkələrinə təsirləri fonunda bölgədəki alman vətəndaşlarını təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Axar.az xəbər verir ki, Almaniyanın Təl-Əvivdəki səfirliyinin yaydığı məlumatda İsraildə yaşayan almanlara hava məkanı bağlanacağı təqdirdə, bir müddət olduqları yerdə qalmağa hazır olmaları bildirilib.

Qeyd edilib ki, ABŞ İrana zərbə endirəcəyi təqdirdə İsraildəki hədəflərin İran tərəfindən hücuma məruz qalacağı gözlənilir. Hava məkanı bağlandıqda səfirlik və Xarici İşlər Nazirliyi tərəfindən göstərilə biləcək dəstək imkanlarının məhdud olacağı bildirilərək, vətəndaşlara yaxınlaşan raket hücumları barədə xəbərdaredici mobil tətbiqi telefonlarına quraşdırmaları tövsiyə olunub.

Almaniya XİN Livandakı vətəndaşlarına da vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. Almaniyanın Beyrutdakı səfirliyi vurğulayıb ki, vəziyyət daha da kəskinləşərsə, istənilən vaxt uçuş məhdudiyyətləri tətbiq oluna bilər. Almaniya vətəndaşlarına səyahət və təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləmək, həmçinin ərzaq, içməli su və yanacaq ehtiyatı toplamaq tövsiyə olunub.

Tarix
2026.02.25 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla