Yuxarı

İran uranı zənginləşdirməyəcək - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran uranı zənginləşdirməyəcək - Tramp

İran artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

O əlavə edib ki, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparılır.

"İranla sıx əməkdaşlıq edəcəyik. Uran zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının bütün qalıqlarını çıxaracaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - o bildirib.

D.Tramp qeyd edib ki, hazırda Vaşinqton Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edir:

"Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb".

Qeyd edək ki, İran və ABŞ bu gün iki həftəlik atəşkəs razılaşması imzalayıb. Hazırda sülh danışıqları davam edir.

Tarix
2026.04.08 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla