Yuxarı

Qonşumuzda casusluq edən vəzifəli şəxs həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşumuzda casusluq edən vəzifəli şəxs həbs olundu

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları xarici ölkələrin kəşfiyyat orqanları üçün casusluq edən şəxsləri ifşa edib. Onlardan bir nəfəri həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze məlumat verib.

Bildirilib ki, həbs olunan şəxs xarici kəşfiyyat xidməti tərəfindən casusluğa cəlb olunub və ona Gürcüstanın maraqlarına zidd olan məlumatlar toplamaq tapşırığı verilib. Casusluq ittihamı ilə həbs edilən şəxsin vəzifəli şəxs olduğu müəyyən edilib. Həmin şəxs Gürcüstan hüquq-mühafizə orqanlarının çıxış yerləri, qüvvələr və vasitələr, həmçinin onların dislokasiya yerləri ilə bağlı foto və videolar çəkib. O, eyni zamanda, Gürcüstanda strateji obyektlər - körpülər, magistral yollar da daxil olmaqla dəmir yolları və digər obyektlər haqqında fotoşəkillər, videolar və s. materiallar hazırlayıb.

Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, onu 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Tarix
2026.04.23 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla