Yuxarı

Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi

İran Prezidenti Məsud Pezeşkian Ermənistanda keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə Mülki Müqavilə Partiyasının sədri, Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Pezeşkian Paşinyana məktub ünvanlayıb.

“Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi və rəhbərlik etdiyiniz Mülki Müqavilə Partiyasının qələbəsi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ermənistan xalqının hökumətinizə yenidən etimad göstərməsi sülhün, inkişafın, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasəti davam etdirmək istəyini və səylərini sübut edir”, - o bildirib.

Pezeşkian Paşinyanın növbəti baş nazirliyi dövründə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və region ölkələri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın bölgəmizdə sülhün, sabitliyin və inkişafın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan MSK-nın elan etdiyi ilkin nəticəyə görə, Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib.

Tarix
2026.06.08 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla