Yuxarı

Filippində dəhşətli zəlzələ: ölənlərin sayı 41-ə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Filippində dəhşətli zəlzələ: ölənlərin sayı 41-ə çatdı

10:30

Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı dağıdıcı zəlzələ qurbanlarının sayı 32-dən 37-yə yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə yerli "GMA News" telekanalı məlumat yayıb.

Ölkənin Mülki Müdafiə İdarəsinin məlumatına görə, ümumilikdə 456 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha dörd nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Yerli hakimiyyət nümayəndələri bildirirlər ki, Mindanao adasında təhsil müəssisələri, tibb obyektləri və yaşayış binaları da daxil olmaqla, təqribən 1,9 min tikiliyə ziyan dəyib. Təbii fəlakət nəticəsində onların təxminən 1,5 mini tamamilə dağılıb.

Heneral-Santos şəhərindəki beynəlxalq hava limanı da yeraltı təkanlardan zərər çəkib ki, bu da aviareyslərin ləğvinə səbəb olub.

Filippin Mülki Aviasiya İdarəsi xilasetmə əməliyyatlarının aparılması və fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hərbi, hökumət və humanitar hava gəmilərinə hava limanından istifadə etməyə icazə verib. Heneral-Santosda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

***

Filippinin cənubunda zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Bu barədə AFP məlumat yayıb.

479 nəfər isə yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 20 mindən çox sakin evsiz qalıb.

Tarix
2026.06.09 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla