Yuxarı

Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Xalqım və şəxsən öz adımdan sizi 7 iyun 2026-cı il tarixində Ermənistan Respublikasında keçirilən parlament seçkilərində rəhbərlik etdiyiniz Mülki Müqavilə Partiyasının uğuru münasibətilə səmimi qəlbdən təbrik edir və üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram.

Əminəm ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə lazımi əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji vizyonunuz uğurla həyata keçiriləcək”, - təbrikdə qeyd olunub.

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də Mülki Müqavilə Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyana təbrik mesajı göndərib.

“Pakistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Ermənistanda keçirilən bu yaxınlarda keçirilən parlament seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Pakistan-Ermənistan münasibətlərini gücləndirmək üçün Zati-alilərinizlə işləməyi səbirsizliklə gözləyirəm və Pakistanın Azərbaycan ilə Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim”, - təbrikdə bildirilib.

Tarix
2026.06.11 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla