Yuxarı

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Xamenei fiziki cəhətdən mükəmməl sağlamlıq və rifah içində idi. Öz qaydalarını təqdim etdi, mən də narahatlıqlarımı və problemlərimi bildirdim. O da sözlərimi rahatlıqla dinlədi.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ali rəhbər Müctəba Xamenei ilə görüşü barədə danışarkən deyib.

“Görüş çox yaxşı keçdi. Təxminən 7 saat onun yanında oldum və ölkənin gündəmində olan bütün məsələlər barədə müzakirə aparmaq imkanımız oldu. Bundan əlavə, sanksiyalardan irəli gələn problemlər barədə də danışdıq. Hökumətin və xalqın necə müqavimət göstərməsi, insanların dəstəyi, eləcə də birlik və həmrəylik bu görüşdə ətraflı müzakirə olunan digər məsələlər idi.

Bu gün düşmənin bütün planları ixtilaf və parçalanma yaratmağa yönəlib. Biz hər cür fikir ayrılığından çəkinməli, birlik və həmrəyliyi pozmağa xidmət edən hər hansı söz və ifadədən uzaq durmalıyıq.

Ola bilər ki, evin daxilində müəyyən müzakirələr və fikir ayrılıqları olsun, lakin dünyaya kənardan vahid bir səs və mövqe çatdıracağıq. Qoy düşmənlər bilsinlər ki, əziz İranımız müstəqilliyini, başucalığını və öz inanclarını müdafiə etmək üçün möhkəm dayanıb”, - o bildirib.

Qeyd edək ki, görüşdən heç bir foto və ya video yayımlanmayıb.

Tarix
2026.08.10 / 17:25
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla